Hərbi-təhükəsizlik

GƏNC TƏDQİQATÇI: Yaponiyanın xarici işlər naziri istefa etdi

Pinterest LinkedIn Tumblr

Yaponiyanın xarici  işlər naziri Seiji Maehara seçim kompaniyasında qeyri-qanuni ianə alması haqqındakı tənqidlərin ardından 6 martda istefa verdi. Maehara Yaponiyada yaşayan Cənubi Koreya vətəndaşından ianə aldığını etiraf etmiş, lakin bunu bilərəkdən etmədiyini vurğulamışdı. İqtidardakı Demokratik Partiyanın bir başqa üzvü, Ozavanın da bir müddət əvvəl siyasi kompaniyasında qeyri-qanuni addımlara yol verdiyi bildirilmişdi. Bunun ardından Baş nazir ölkədə “pulla idarə olunan” siyasət anlayışına son qoyacağını söyləmişdi. Cənubi Koreyalı bir qadın restoran sahibindən 610 dollar məbləğində çek qəbul edən Maehara, yardım edildiyi zaman bu vəziyyətdən xəbəri olmadığını, ancaq bütün məsuliyyəti öz üzərinə götürdüyünü dedi. Maehara pulu geri qaytaracağını da qeyd etdi. Baş Nazir Kan Nazirlər Kabineti Baş Katibi Yukio Edonu müvəqqəti olaraq Xarici İşlər Naziri vəzifəsinə təyin edib.

Xarici işlər nazirinin belə bir qalmaqala qarışması baş nazir Naoto Kanı daha çox çətin vəziyyətə salır. Çünki, Kan erkən seçimlərə getməmək üçün Maeharanın hələlik öz vəzifəsində qalmasını istəsədə, Maehara istefa ərizəsini verib. Kan həm də demokrat partiyasının dağılmasının da qarşısını almaq istəyirdi. Yaponiyada xarici vətəndaşlardan ianə alınması qəsdlə edildiyi təqdirdə qanunlara ziddir. Yaponiyanın iqtisadıyyatının da bu il ilk dəfə açıq verməsi və Çinin onu geridə qoymasından sonra iqtisadıyyatı düzəltməyə başladıqdan sonra belə bir qalmaqalın başverməsi Kanı həqiqətən çox çətin vəziyyətə salır və eyni zamanda xalqın da hakim partiya haqqında düşüncələrinin mənfi istiqamətə yönəlməsinə səbəb olur.

(Mirzəyev Fuad, ADIU TUDIFAK BM 3-cü kurs)

Fuad Mirzəyeva