Hərbi-təhükəsizlik

Bölgə Siyasətində İran

Pinterest LinkedIn Tumblr

 

 

İndiki Iran coğrafiyası tarixən bölgənin ən mühüm aktyorlarının yerləşdiyi məkanlardan biri olub. Mövcud İran coğrafiyasında qurulan Sasanilər, Səlcuqlular, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Qacarlar kimi xənadanların qurduğu önəmli dövlətləri mövcud olduqları dövrlərdə bölgədə mühüm strateji, siyasi, iqtisadi, hərbi və mədəni təsir güvvəsinə malik  olublar. Bu dövlətlər indiki İranın tarixi köklərinini təmsil etməsə də, həm coğrafi əlaqə, həm də İranın onlardan müxəlif şəkillərdə faydalanma təşəbbüsləri müəyyən dərəcədə uğurlu alınmışdır. 19-cu əsrdə indiki İran coğrafiyasında mövcud olan Qacarların bölgədəki mövqeyində ciddi bir zəifləmə yaşansa da, 20-ci əsrin ortalarından etibarən İran yenidən yerləşdiyi coğrafiyanın mühüm dövlətlərindən birin rolunu qazanmaya başlayıb. Şahın ölkədə keçirdiyi islahatlar, büyük neft gəlirləri və ABŞ-la qurduğu müttəfiqlik sayəsində İran mühüm bir bölgə gücünə çevrilmışdı. 1979-dakı İslam inqilabı bir yandan regionun güclü aktyoru Şah İranını ortadan qaldırırkən, digər yandan yerinə İslam ümmətçiliyi və anti- impeyalist motivlərə malik İran İslam Cumhuriyyətini çıxardı. Bu ideoloji çərçivəni tarixi təcrübə ilə sintezləyən yeni İranın 1990-cı illərdən etibarən bölgənin güclənən aktyor olmağa başladğı müşahidə edilməkdədir. Bu prosesdə qlobal və regional hadisələr İrana risqlərlə yanaşı, yeni fürsətlər yaratdı. 

 

Yuxarıda ortaya qoyulan çərçivədə İran-İraq savaşının qurtarması İrana nəfəs aldırırkən, 1990-da Küveyt işğalı səbəbiylə baş verən Birinci Körfəz müharibəsi Tehranın bölgədəki əsas düşmanı Səddam Hüseyin rejiminin zəifləməsinə səbəb oldu. Soyuq müharibənin başa çatması və SSRİ-nin dağılması İrana yerləşdiyi bölgədə yeni risq və fürsətlər yaratdı. Bu konteksdə SSRİ-nin Əfqanıstandan çıxması İranın qərb sərhəddində yeni vəziyyət yaratdı. Digər yandan, rəsmi Tehran Yaxın Şərqdə SSRİ-dən boşalan güc tarazlığında fəal rol alma imkanı əldə etdi. İran SSRİ-nin dağılması nəticəsində güc boşluğu yaranan Qafqaz və Orta Asiya bölgələrində də ən mühüm güclərindən birinə çevrildi. Son olaraq ABŞ-ın Əfqanıstan və İraqa müdaxiləsi bir yandan Amerikanın bölgəyə yerləşməsi baxımından rəsmi Tehrana təhlükə yaradırkən, digər tərəfdən İranın bölgədəki düşmənlərindən Saddam rejimi ilə Talibanı ortadan qaldırdı.  Bu da İrana bölgədə gücünü artırma fürsəti təmin etdi.

 

Yuxarıda qeyd edilənlər çərçivəsində İranın bölgə siyasətindəki rolunu Yaxın Şərq, Orta Asiya və Qafqaz olmaq üzrə üç əsas regional müstəvidə qiymətləndirmək mümkündür. Bunlardan Yaxın Şərqdə İranın xarici siyasəti başta Türkiyə, İraq, İsrail, Suriya, Misir və Körfəz ölkələri olmaq üzrə coxcəhətli münasibətlər sistematikasına əsaslanmaqdadır. İranın bölgə siyasətində Fələstin məsələsi və Şiə amili ilə dəstəklənən İslam həmrəyliyi mühüm ideoloji çərçivəni təşkil edərkən, Hizbullah və Hamas kimi təşkilatlar mühüm vasitələr kimi rəsmi Tehran tərəfindən fəal istifadə edilməkdədir. Amma, şübhəsiz ki, bunlar vəziyyətdən qaynaqlanan sadə addımlar deyil, ciddi bir konsepsiyanın tərkib hissəsidir. Belə ki, İranın qonşularıyla münasibətlərinin ən əsas istiqamətlərindən birini “inqilab ixracı” təkil edir. İran “islam inqilabının ixracı” adı altında öz təsirini qonşu dövlətlərə yaymaq və regional qüvvəyə çevrilmək istiqamətində daim fəal iş aparmaqdadır. Nüvə proqramının inkişaf etdirilməsi və bölgə dövlətlərinə psixoloji təsirin göstərilməsi məqsədilə mütəmadi şəkildə hərbi təlimlərin keçirilməsi də məhz bu işin tərkib hissəsi kimi qiymətləndirilməlidir.

 

Bilindiyi kimi körfəz ölkələri İran üçün xüsusi əhəmiyyət kəsb edir və İran həmin dövlətlərlə yüksək səviyyədə əməkdaşlıq etmək niyyətindədir. İran tərəfi bu istiqamətdə görüləcək işlərin səviyyəsinin artırılması məqsədilə Fars Körfəzi Ölkələri Şurasının fəaliyyətinin inkişaf etdirilməsində də maraqlıdır. İran qeyd olunan istiqamətdəki fəaliyyətində ABŞ-ı özünə maneə ola biləcək əsas problem kimi görür. Lakin İran bölgə dövlətləri ilə əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən möhkəmləndirilməsi halında bu maneədən yayına biləcəyini düşünür. Eyni zamanda İran, qlobal müstəvidə ABŞ ilə apardığı mübarizə baxımından da qonşu ölkələrdə güclənməni strateji məqsəd sayır. İrandakı mövcud rejimə müxalif qüvvələrin internet saytlarında yayılan məlumatlarda bu məqsədlə hətta İranın xarici ölkələrdə, xüsusən də qonşu dövlətlərdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin rəhbərlərinə birbaşa prezident tərəfindən xüsusi tapşırıqlar verildiyi iddia olunur. 2009-dakı qalmaqallı prezident seçkisindən sonra etiraz əlaməti olaraq başqa ölkələrdən siyasi sığınacaq alan bəzi diplomatların verdikləri açıqlamalarda İranın xaricdəki diplomatlarına 2000-ci illərdə dəfələrlə mümkün olan bütün vasitələrlə fəaliyyət göstərdikləri ölkələrdə əməkdaşlığı davam etdimək üçün müvafiq zəmin hazırlamaq tapşırığının verildiyi bildirilmişdir.

 

İran dövləti regional məqsədlərinin uğurla həyata keçirilməsi, o cümlədən ikitərəfli və çoxtərəfli münasibətlərin yaradılması üçün öz fəaliyyətini xüsusi plan əsasında həyata keçirir. Həmin plana qonşu dövlətlərdəki iqtisadi vəziyyətin qiymətləndirilməsi, iqtisadi riski az olan yerlərə sərmayələrin yatırılması, region ölkələri üçün ümumi əməkdaşlıq marağı kəsb edən ərazilərin reklamının aparılması, bu sahələrə xarici investisiyaların cəlb edilməsi, eləcə də qonşu dövlətlər üçün vergiləri yüngülləşdirmək və gəmiçilik fəaliyyəti ilə bağlı müəyyən güzəştlər etmək kimi məsələlər də daxildir. İran qonşu dövlətlərlə münasibətlərinin yaxşılaşdırılmasını həm də getdikcə daha da sərtləşən və əhatə dairəsi genişlənən sanksiyalara qarşı ən effektli vasitə hesab edir.

 

İran hakimiyyəti Körfəz regionunu İranlılar üçün ən yaxşı iş bazarı kimi də görməkdədir. Eyni zamanda, İran bu istiqamətdəki fəaliyyəti ilə əlaqədar qarşı tərəfi narahat edə biləcək məqamları da diqqətlə izləməkdədir. Siyasi sığınacaq almış keçmiş bəzi diplomatların verdikləri məlumatlarda bu məqsədlə hətta İranın Körfəz ölkələrindəki səfirlərinə xüsusi təlimatlar verildiyi, eləcə də hökumət tərəfindən aidiyyəti qurumlara qeyd olunan bölgədə yaşayan iranlılar üçün müvafiq proqramın hazırlanmasının tapşırıldığı bildirilir. İran bölgədə müxtəlif azad ticarət zonalarının yaradılmasında maraqlı olması da bu çərçivədə dəyərləndirilir.

 

İranın regionla bağlı xarici siyast kursunun özəyini təşkil edən məsələlərdən biri də ABŞ-ın regionda uğursuzluğa düçar olacağı təqdirdə bu ölkələrin İrana üz tutması üçün müvafiq zəmin hazırlanmasını təmin etmək təşkil edir. Belə ki, İran region ölkələri üçün təhlükəsiz yer önəmini daşımaq və onların ən böyük dəstəkləyicisi olmaq imicini yaratmaq üçün ideoloji fəaliyyət də aparmaqdadır.

 

Sadalananlardan əlavə, qeyd etmək lazımdır ki, xarici ölkələrdə İranmeyilli kütlənin formalaşdırılması, eləcə də gələcəkdə həmin qüvvələrin imkanları vasitəsilə siyasi məqsədlərinin həyata keçirilməsi üçün İran tərəfindən ciddi addımlar atılmaqdadır. İranın bu istiqamətdəki fəaliyyəti əsasən səfirliklər, eləcə də müxtəlif ölkələrdə fəaliyyət göstərən İran Mədəniyyət Mərkəzi (İMM) adlı qurumlar tərəfindən koordinasiya olunur. Eyni zamanda, bir çox dini komitələr və qeyri-hökumət təşkilatları da mövcuddur ki, bu cür  qurumların imkanlarından da geniş istifadə olunur.

 

Bütün bu proseslərdə xüsusi rolun İslam İnqilabının Mühafizləri Korpusuna (İİMK) aid olduğu da bilinən reallıqdır. Əslində İranın əsas xüsusi xidmət orqanı sayılan İranın İnformasiya və Təhlükəsizlik Nazirliyi (İTN) yarandığı gündən daha çox müxalif qruplara qarşı kəşfiyyat işini həyata keçirməkdədir. İİMK isə təhlükəsizlik, “inqilab ixracı” adı altında dini radikalizmin yayılması və digər ölkələrdəki terror qruplarının himayəsi üzrə səlahiyyətləndirilmişdir. İran-İraq müharibəsinin davam etməsi və İsrailin Livana hücumu ilə əlaqədar İİMK-nın təhlükəsizlik məsələləri üzrə fəaliyyəti daha da genişləndirilmiş və bu qurum 1986-cı illərə qədər müxtəlif qərargahlar təşkil edərək İraq, Əfqanıstan, Livan və Körfəz ölkələrində (xüsusilə Bəhreyn, Səudiyyə Ərəbistanı və Küveytdə) böyük təşkilat yaratmışdır.

 

1990-cı illərdə İsrailin Livanın cənubunda toqquşmalarla başının qarışması fonunda isə “Hizbullah”ın gücləndirilməsi bu mənada xüsusi diqqət cəlb etmişdir. İsrailə yaxın mənbələrin o dövrlərdə yaydıqları məlumatlara görə, İİMK-nin minlərlə üzvü Livana ezam edilmişdır. Bu mərhələdə İİMK-nin Livanda təlim mərkəzi, eləcə də Suriyada hərbi bazaları yaradılmışdır. Həmçinin, “Hizbullah” İİMK-nın təhlükəsizlik üzrə müavinliyinin maliyyə və hərbi yardımı ilə Livanın siyasi və hərbi səhnəsində özünə yer tutmağı bacarmışdır.

 

 

Bu kontekst çərçivəsində İranın Yaxın Şərq siyasətinin əsas istiqamətlərindən birini Türkiyə ilə münasibətlər təşkil etməkdədir.[1] Tarixən rəqabət içində olan bu iki ölkə arasında xüsusən son dövrlərdə ciddi bir əməkdaşlıq prosesi inkişaf etməkdəydi. PKK və enerji başda olmaqla iqtisadi münasibətlərin əsas təşkil etdiyi bu prosesin İranın nüvə proqramı problemi səbəbiylə Türkiyənin vasitəçilik rolu ilə yeni bir xarakter qazandığı müşahidə edilməkdəydi. Ancaq İranın nüvə proqramında təkid etməsi, Suriyə məsələsində zidd mövqelər və cəsusluq məsələsi  iki ölkə arasında münasibətləri gərginləşdirməkdədir.       

İranın Yaxın Şərq siyasətinin bir digər mühüm istiqamətini İraqla münasibətlər təşkil etməkdədir. Tarixi olaraq İranda qurulan dövlətlərin maraq dairəsi içərisində mühüm yer tutan və İslam inqilabı sonrasında iki ölkə arasıda 8 il davam edən İran-İraq müharibəsi ilə yadda qalan İraqla münasibətlər Səddam sonrası yeni xarakter qazanıb. İran ABŞ-ın Səddam rejimini yıxması ilə bir yandan bölgədəki düşmanlarından birindən xilas olaraq  Şiələrin nəzarətinə girməyə başlayan yeni bir İraq dövləti ilə əməkdaşlıq fürsəti əldə edib. Digər yandan İran üçün yeni İraq ABŞ-la qonşu olmaq və bölgədə Kürd separatizminin güclənmısi baxımdan ciddi risqlər yaratmadadır. Bu kontekstdə İranın İraq siyasəti İraqda rəsmi Vaşinqtonla birbaşa qarşı-qarşıya gəlmədən ABŞ təsiri azaltmaq və özünə yaxın Şiə qrupları dəstəkləmək şəklində xarakterizə edilə bilər. Bəzi mənbələr İranın bu siyasət çərçivəsində İraqda Şiə Sədr hərəkatına güclü dəstək verdiyinə diqqəti cəlb edir və Əl-Qaidəyə gizli dəstək verdiyini iddia edirlər.[2]           

İranın Yaxın Şərq siyaəstinin bir digər istiqamətini Suriya ilə münasibətlər təşkil etməkdədir. Hər iki ölkə arasında əsasında ABŞ, Israil və Kurd separarizminə qarşı çıxmanın dayandığı və içində hərbi, iqtisadi və mədəni münasibətlərin də mühüm yer təşkil etdiyi müttəfiqlik münasibətləri sistemi inkişaf etməkdədir.[3] Suriyadakı proseslərdə  Əsadın siyasi, iqtisadi və hərbi dəstək verən İran üçün ən mühüm müttəfiklərdən hesab edilməkdədir.      

İranın bölgə siyasətinin formalaşmasında İsrail amilinin xüsusi yeri var. İsrailin qurulmasından İranda İslam inqilabının olduğu tarixə qədər iki ölkə arasında sıx əməkdaşlıq mövcud olub. ABŞ-ın bölgədəki iki mühüm müttəfiqinin bu əməkdaşlığında İsrailin Ərəb dünyası çevrəsində özünə dost axtarma statejisi əsas amillərdən biri olub. Bu çərçivədə Türkiyə və Efiopiya ilə yanaşı İranla yaxşı münasibətlər quran İsrail Şah rejimi silahla təmin edib və İran kəşfiyat qurumu SAVAK-ın güclənməsinə dəstək verib.[4] İran isə 1973-cu ildəki Ərəb-İsrail müharibəsində İsraili neftlə təmin edib. Ancaq 1979-cu ildəki İslam inqilabından sonra İranın İsrailə yanaşması tamamilə dəyişib. İnqilabın lideri Ayəttullah Xomeyni İsrailin “Kiçik Şeytan” oluduğunu və bölgədə mövcud olma haqqını qəbul etmədiklərini elan edərək, bu ölkə ilə ikitərəfli münasibətləri kəsib. İran İslam Respublikasının ilk illərində Israil əsas büyük təhlükə kimi Səddam Hüseyni gördüyü üçün rəsmi Tehranın bu mövqeyinə xüsusi diqqət yetirməyib. Hətta İsrail 1981-də İraqın Osirak AES-ini bombalayaraq İrana dolaylı dəstək verib. Digət tərəfdən İsrail İran-İraq müharibəsində rəsmi Tehrana gizli dəstək verdiyinə dair ciddi iddialar var.[5] Ancaq İranın ABŞ və Israillilərə hucum edən Livan Hizbullahına dəstək verməsi, sonrasında Tehrandan yardım alan Hamas və Fələstin İslami Cihadı kimi Fələstin təşkilatlarının İsrail üçün yaratdığı təhlükə rəsmi Təl-Əvivin bu ölkəyə yanaşmasında büyük dəyişiklik yaradıb. Səddamın yıxılması və buna paralel olaraq İranın nüvə programını aktivləşdirməsi İsrail üçün İranın ən birinci təhdit kimi xarakteriz etməsi ilə nəticələnib. İranın öz nüvə proqramı davam etdirməsində İsrailin nüvə silahını səbəb göstəməsi, Filistin məsələsində güclənən fəallığı və Əhmədinejatın 2005-ci ilin oktybarında “İsrailin xəritədən silinməsi”nə dair açıqlamları Təl-Əvivin narahatçılığını ən üst səviyyəyə yüksəldib. İsrailin nüvə silahına malik bir İranı qəbul edə billməsi mümkün olmayan  ən büyük təhdid kimi gördüyünü sıx-sıx elan etməkdə və bunun müharibə daxil hər cür vasitə ilə dayandırılmasının zəruri olduğunu vurğulamaqdadır. Bugün  ABŞ-ın İran üzərrində qurmağa çalışdığı siyasi, iqtisadi və hərbi təzyiqin İsrailin bu mövqeyi ilə birbaşa əlaqəsi var. Hətta bölgədə İrana qarşı bir İsrail  hərbi müdaxiləsi senaryosu öz aktuallığını qorumaqdadır. İran isə həm bu senaryoya, həm də ABŞ-ın hərbi müdaxiləsinə “İsraili xəritədən silərək cavab verəcəyi”  təhdidini gündəmə gətirməkdədir.                                             

İranın bölgə miqyasındakı siyasətinin ikinci müstəvisini Orta Asiya ilə münasibətlər təşklil etməkdədir. Rəsmi Tehranın  Orta Asiya ilə münasibətləri isə Əfqanıstan-Pakistan və keçmiş Sovet respublikaları olmaq üzrə iki əsas  istiqamətdə inkişaf etmişdir. İran tarixi təsir bölgəsi Əfqanıstana həmsərhəd ölkə, Şiə əhalisi  və Xəzər neftinin şərqə nəqlində mühüm bir rəqib koridor kimi önəm verməkdədir. Əfqanıstana Sovet işğalına qarşı çıxan İran, 1996-2001 arası dövrdə hakimiyyətdə olan Talibana qarşı Şimal İttifaqını dəstəkləmişdir. 11 sentybardan  ABŞ-ın bu ölkəyə  müdaxiləsi sırasında tərəfsiz qalan və zaman-zaman ABŞ-la əməkdaşlıq edən İran Vaşington tərəfdarı kimi bilinən Həmid Karzai hükümətinə dəstək verməkdədir.[6] Iranın Pakistanla münasibətləri tarixən yüksək səviyyəli olub. İran Pakistanı ilk tanıyan və Pakistan-Hindistan müharibəsində bu rəsmi İslamabada dəstək verən xarakter daşıyıb. SSRİ-nin Əfqanıstan işgalı zamanı güclənərək davam edən bu əməkdaşlıq Pakistan dəstəkli Talibanın Əfqanıstanda hakimiyyətə gəlməsi ilə ciddi bir sarsıntı keçirib. 11 Sentyabr sonrasında iki ölkə arasında münasibətlərin yenidən yaxşılaşmağa başladığı müşahidə edilməkdədir. Bu çərçivədə İranın nüvə proqramı üçün Pakistandan dəstək aldığına dair iddialar gündəmə gəlmiş, bölgədə güc tarazlığına ciddi təsir göstərə biliəcək Çin-Iran-Pakistan əməkdaşlığını gücləndirmişdir. İran-Pakistan münasibətlərinə təsir göstərən dinamiklər içərisində  İran-Hindistan və Pakistan-ABŞ əlaqələri xüsusi yerə malikdir.[7] İranın Orta Asiya siyasətinin ikinci istiqamətini isə  SSRİ-nin dağılması ilə bölgədə yaranan yeni dövlətlər Qazaxstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistanla münasibətlər təşkil etməkdədir. İranın bu dövlətlərə yönəlik siyasətində Xəzərdəki qonşuları Qazaxstan və Türkmənistanla münasibətlərində enerji və Xəzərin statusu kimi məsələlər xüsusi yer tutarkən, Tacikistanda mədəniyyət amilinin mühüm yeri var. Ancaq Rusiya, ABŞ və Çin kimi global aktyorların Orta Asiyadakı siyasi rolları səbəbilə  İran bölgədə yetərli fəallığı göstərə bilməməkdədir.

SSRİ-nin parçalanması nəticəsində ortaya çıxan Qafqazdakı yeni geosiyasi vəziyyət İran üçün fürsət və təhlükələri gündəmə gətirmişdir. Belə ki, SSRİ-nin parçalanması İranın son üç əsrdə ən mühüm təhdid hesab etdiyi Rusiya ilə birbaşa sərhəddi aradan qalxmış, bunun yerinə qonşuluqda Azərbaycan, Gürcüstan və Ermənistan kimi küçük dövlətlər yaranmışdır. İran bu vəziyyəti Qafqaza dair tarixi iddialarının yenidən gündəmə gətirmə fürsəti kimi qiymətləndirmişdir. Bu konteksdə rəsmi Tehranın bölgə siyasəti   enerji və Azərbaycan nüumunəsində islam inqilabı ixracı və şiə məzhəbi kimi motivlərin yer aldığı bir tərzdə inkişaf etmişdir. Digər tərəfdən, Qafqazdakı yeni geosiyasi durum İran baxımından Cənubi Azərbaycan məsələsindən meydana gələn etnik xarakterli parçalanma və bölgənin Qərb nüfüz sahəsinə düşməsi kimi iki mühüm təhdit yaratmışdır. İran bu təhditlərdən Cənubi Azərbaycan məsələsini bir yanda Ermənistanla qurduğu strateji xarakterli münasibətlərlə Azərbaycanı zəiflədərək aradan qaldırmağa çalışırkən, digər yandan Azərbaycanı təsir altına alacaq siyasət tətbiq etmişdir. Rəsmi Tehran yenə bu çərçivədə İrandakı Türk əhalisini təzyiq altına alacaq sərt vasitələr tətbiq etməyə başlamışdır. İran bölgəyə Qərb təsiri təhdidini isə Rusiya ilə qurduğu əməkdaşlıqla məhdudlaşdırmağa çalışmaqdadır. 
 


[1]İran-Türkiyə münasibətlərinə dair baxınız: Robert Olson, Türkiye-İran İlişkileri 1979-2004: Devrim, İdeoloji, Savaş, Darbeler ve  Jeoplotik, Ankara , Babil mətbəəsi, 2005.

[2] İran-İraq münasibətlərinə dair baxınız: Anoushiravan Ehteshami, “Iran-Iraq Relations after Saddam”, The Washington Quarterly, Cild 26. Sayı 4, Payız 2003, ss. 115–129; Ted Galen Carpenter and Malou Innocent, “The Iraq War and Iranian Power”, Survival, Cild 49, Sayı 4, Qış  2007–08,  ss. 67–82; Frederic W. Kagan, Kimberly Kagan, Danielle Pletka, Iranian Influence in the Levant, Iraq and Afganistan, A Report of the American Enteprise Institute, 19 Fevral 2008,http://www.aei.org/docLib/20080227_IranianInfluenceReport.pdf , ss.17-37; Kayhan Barzegar, Iran’s Foreign Policy in Post-invasion Iraq, Middle East Policy, Cild XV, Sayı 4, ss. 47-58; Abbas William Sami, “The Nearest and Dearest Enemy: İran After the İraq War”,  MERIA, Cild 9,  Sayı 3, 3-cü məqalə, Sentyabr 2005  http://meria.idc.ac.il/journal/2005/issue3/jv9no3a3.html   

[3] İran-Suriya arasındakı münasibətlər üçün baxınız: Frederic W. Kagan, Kimberly Kagan, Danielle Pletka, Iranian Influence in the Levant, Iraq and Afganistan, A Report of the American Enteprise Institute, 19 Fevral 2008, http://www.aei.org/docLib/20080227_IranianInfluenceReport.pdf , ss.3-6; Kayhan Bargezar, “Iran’s Foreign Policy towards Iraq and Syria”,  Turkish Policy Quarterly, Cild 6, Sayı 2, Yay 2007, http://www.esiweb.org/pdf/esi_turkey_tpq_id_100.pdf,; Alex Benjamin Zerden, “Syrian Foreign Policy Toward Iran: A Strategic Relationship or Tactical Convergence?”, NIMEP Insights, Cild 3, Payız 2007, http://www.tuftsgloballeadership.org/files/resources/nimep/v3/syrian_foreign_policy.pdf ss.17-29; Ely Karmon,Iran–Syria–Hizballah–HamasACoalition against Nature Why Doesit Work?, May 2008, http://www.carlisle.army.mil/proteus/docs/karmon-iran-syria-hizbollah.pdf

[4] İran: Regional Percpectives and U.S. Policy , s.39

[5] İran: Regional Percpectives and U.S. Policy , s.39.

[6] İran-Əfqanistan münasibətlərinə dair baxınız: Frederic W. Kagan, Kimberly Kagan, Danielle Pletka, Iranian Influence in the Levant, Iraq and Afganistan, A Report of the American Enteprise Institute, 19 Fevral 2008, http://www.aei.org/docLib/20080227_IranianInfluenceReport.pdf , ss.37-56;  İran: Regional Percpectives and U.S. Policy , ss.24-26.

[7] İran-Pakistan münasibətlərinə dair baxınız: Shah Alam, “Iran-Pakistan Relations: Political and Strategic Dimensions”, Strategic Analysis, Cild 28, Sayı 4, Oktyabr-Dekabr 2004, ss.526-545; Farzana Shah, “Pakistan Iran Relations: Past, Present & Future”, BrassTacks Policy Paper,  2010;  

Dr. Nazim Cəfərsoy