Avropa

Rusiya-Türkiyə strateji əməkdaşlığı hara gedir?

Pinterest LinkedIn Tumblr

Atatürk dövrünü nəzərə almasaq, tarixi əsasən kəskin rəqabət və müharibələrlə səciyyələnən 520 illik Rusiya-Türkiyə münasibətləri son 20 ildəki proseslər nəticəsində tamamiylə yeni bir məna daşımağa başlayıb. Yeni Rusiya-Türkiyə münasibətləri artıq “əməkdaşlıq”, “ortaqlıq”  və son olaraq da “strateji əməkdaşlıq” ifadələrinin tez-tez istifadə edildiyi əlaqələr sistemi kimi xarakterizə edilir. İki ölkə arasında ticarət və turizmlə başlayan və enerji ilə dəstəklənən proses Rusya-Türkyə Ali Əməkdaşlıq Şurası qurumu ilə yeni və daha irəli bir mərhələyə keçmişdir. Artıq tərəflər Ali Əməkdaşlıq Şurasıının nəzdində “Ortaq Strateji Planlama Qrupu”nun iclaslarını keçirərək münasibətlərin gələcəyinə dair fikir alış verişi və praktiki siyasi kurs və hədəflər müəyyənləşdirməkdədirlər.

Bu çərçivədə Rusiya ilə Türkiyə arasında  “Ortaq Strateji Planlama Qrupu”nun ikinci iclası 25 yanvarda Moskvada keçirildi. Türkiyə Xarici İşlər Naziri  Əhməd Davudoğlu ilə Rus həmkarı Sergey Lavrovun həmsədrliyində keçirilən toplantıdan sonra qəbul edilən ortaq bəyannamə isə iki ölkə arasındakı münasibətlərin çatdığı mərhələni göstərmək və gələcəyi haqqında fikir yürütmək baxımından mühüm bir sənəd kimi xarakterizə edilə bilər.

25 yanvar 2012-ci il tarixli və 30 maddədən ibarət sənədin ilk maddəsində tərəflər münasibətlərin daha da inkişaf etdirilməsi məqsədlərini bir daha vurğulamış və bunun üçün qarşılıqlı inama əsaslanan siyasi diyaloqun vacibliyini qeyd etmişlər. Bu prosesin uğurla davamı üçün yüksək səviyyəli təmasların zəruriliyinin xüsusi qeyd edildiyi bəyannamədə Türkiyə və Rusiya arasında qarşılılı faydaya əsaslanan ticari-iqdisadi münasibətlərin daha da möhkəmlənməsi, ticari dövriyyənin daha da artırılması və xüsusən də Ağquyu AES`i, Cənub Axını qaz və Samsun-Ceyhan neft kəmərləri lahiyələrinin həyata keçirlməsi xüsusi vurğulanmışdır. Ayrıca, münasibətlərdə Ali Əməkdaşlıq Şurası nəzdində qurulan İctimai Forum və  ənənəvi turizm münasibətləri çərçəvəsində  humanitar münasibətlərin vacibliyi  qeyd  edlimişdir.

Bəyannamədə münasibətlərin inkişafınında Xarici İşlər Nazirlikləri arasındakı müxtəlif səviyyəli  məsləhətləşmələrin  önəmi vurğulanıb və iki ölkənin qlobal və regional məsələlərə dair mövqeləri yer alıb. Sənəddə Rusya və Türkiyə BMT-nin qlobal siyasi sistemin əsas oyunçusu olduğunu və problemlərin həllindəki aparıcı rolunu xüsusi vurğulayıblar. İki ölkə qlobal iqtisadi sistemin daha adil və demokratik olduğunu düşündükləri G-20-yə söykənməsi zərurətini bildirib və 2013-cü ildə Rusiyanın, 2015-ci ildə isə Türkiyənin sədrliyi dövründə ortaq səylər göstərəcəklərini elan ediblər. Tərəflər Rusiyanın Dünya Ticarət Təşkilatına üzvlüyünün də ikitərəfli münasibətlərə müsbət təsir göstərəcəyini bildiriblər.

Ortaq sənəddə silahsızlanma və nüvə silahlarının yayılması məsələsi də yer alıb. Rusya və Türkiyə xüsusiylə Yazın Şərqin nüvə silahlarının olmadığı bölgə olması stiqamətində iradə bildimiş və bu məqsədlə keçirilməsi nəzərdə tutulan beynəlxalq konfransda bütün Yaxın Şərq dövlətlərinin iştirakının vacib olduğunu vurğulamışlar. İranın sülh məqsədli nüvə proqramına malik olma hüququnu qəbul edən tərəflər, İranın nüvə proqramı ətrafındakı vəziyyətdən və Hörmüz körfəzindəki gərginlikdən narahat olduqlarını bildiriblər, eyni zamanda problemlərin qarşılıqlı müzakirə yoluyla həll edilməsi çağrışı ediblər.

Bəyanannamənin bir digər maraqlı məqamı, tərəflərin Qaradənizdə əməkdaşlığı daha da gücləndirəcəklərini elan etmələri və bu çərçivədə Qaradəniz Əməkdaşlıq Təşkilatının fəllaşdırılacağına dair təşəbbüslərin gündəmə gələcəyini bildirməsidir. Bu çərçivədə Rusiya və Türkiyə Avropa Birliyinə Qaradəniz bölgəsində əsas əməkdaş kimi  Qaradəniz Əməkdaşlıq Təşkilatını seçməsini təklif edib.

Birgə bəyannamədə Şimali Afrika və Yaxın Şərqdəki kütləvi tələblərin ədalətli və legitim tələblər olduğu, bu problemlərin həllində dinc metodlar, daxili müzakirələr və ərazi bütövlüyü kimi məqamlara vurğu var. Bəyannamədə maraqlı və qəribə olan məqam ərazi bütövlüyü həm bu bölgədəki, həm Balkanlardakı böhranların həllində xüsusi prinsip kimi qeyd edilsə də Qafqazlardakı münaqişələrə dair 25 və 26-cı maddələrdə nədənsə “yada düşməyib”. Qafqazdakı münaqişələrə dair 25-ci maddədə  problemlərin həllinə dair ümimi ifadələrə yer verilib və güc tətbiqi ilə hədələməkdən və güc tətbiqindən çəkinilməsi çağrışı edilib. Güc tətbiqi hədələmək və güc tətbiqi məsələsinin Azərbaycan rəsmilərin məsajlarındakı yeri nəzərə alındığında bunun daha çox rəsmi Bakıyı hədəf aldığı söylənə bilər. Yenə bu maddədə ərazi bütövlüyün yer almamaması  Rusya Cənubi Osetiay və Abxaziya ilə başlı mövqeyi nədəniylə bir mənada başa düşüləndir.

Ancaq ayrı və daha uzun bir  maddənin (26-cı maddə)  həsr edildiyi  Qarabağ məsələsində Rusya və Türkiyənin ərazi bütövlüyü məsələsini vurqulamaq yerinə, BMT müqaviləsi, 1975 Helsinki sənədi və Minsk Grubu həm sədri ölkə liderlərinin Aquila (İyul 2009), Muskoka (İyul 2010) və Deavulye (May 2011)  kimi 5 sənədin adını sayması qətiyyən başa düşülən deyil. Qeyd edək ki, bunlardan BMT və Helsinki sənədləri çərçivə sənədi olduqları üçün bunlarda ərazi bütövülüyü ilə yanaşı, öz müqəddəratını təyin etmə prinsipi də yer almaqdadır. Həmsədr ölkələrin əlaqədar açıqlamaları isə problemin həllini və Azərbaycanın ərazi bütövlüyü Ermənsitanla müzakirələrə bağlayan sənədlərdir.

Doğrusu, ənənəvi Rus diplomatiyasının bu yanaşması, ədalətli olmas da tez-tez özünü gööstərən Erməni tərəfdarı mövqeyinin nümunəsi kimi  təcüblü sayılmaz. Ancaq Azərbaycanın strateji müttəfiqi və Qarabağ məsələsində ədalətli və fəal  mövqeyi olan Türkiyənin sənədin bu maddəsinin bu şəkildə yazılmasına imkan verməsi ən yumşaq ifadə ilə kobud səhvdir. Fəqət Türkiyə xarci siyasətində Türk-Erməni protokolları ilə bağlı proses və Fransadakı inkar qanunu  sonrasında Türkiyə mətbuatındakı müəyyən qrupların Azərbaycana qarşı ədalətsiz və haqsız mövqeyi nəzərə alındığında, bu maddənin sadəcə kobud bir səhv olmadığı qənaati daha da güclənir.

Ümumilikdə, Rusiya ilə Türkiyə arasında  tarixi rəqabətə söykənən münasibətlərində 1990-cı illər geosiyasət və enerji sahələrində rəqabətin üstünlük təşkil etdiyi, mal və xidmət ticarətinin isə  əməkdaşlıq imkanı yaratdığı dövr olaraq xarakterizə edilə bilər. Bu dövrdə iki ölkənin ümumilikdə qlobal beynəlxalq münasibətlər sisteminə, regional baxmından isə  Qafqaz, Orta Asya, Balkan və Yaxın Şərq bölgələrinə dair fərqli yanaşmaları Rusiya-Türkiyə münasibətlərində gesosiyasi rəqabəti əsas mövzuları idi. Xüsusən Xəzər hövzəsi enerji mənbələri üçün aparılan mübarziə və bu çərçivədə Bakı-Ceyhan neft kəməri isə bu rəqabəti kəskinləşdirən əsas amillərdəndi. Bu dövrdə Rusiya-Türkiyə münasibətlərində əməkdaşlığı təmin edən məqamlar isə  “çamadan ticarəti” adını alan mal ticarəti ilə başta Türk inşaat sektoru olmaq üzərə xidmət ticarətinin geniş vüsət almasıdır.

Rusiya-Türkiyə münasibətlərində 2000-li illərdə başlayan yeni dövr isə əməkdaşlıq tendensiyasının üstünlük təşkil etdiyi, rəqabətin isə nisbətən geri plana atıldığı dövrdür.  Bu dövrdə Rusiya və Türkiyə qlobal sistemdə cox qütüblü beynəlxalq sistemin inkişafına çalışmakta, regional geosiyasi rəqabətin iki tərəfli müzakirələrlə yumşadılımasına  cəhd göstərməkdə, hətta problemlər qarşısında ortaq mövqe formalaşdırma məqsədini daşıyan və bu məqsədlə mövcud qlobal ve regional mexanizmlardan istifadə etməkdə, ya da, Rusya-Türkyə Ali Əməkdaşlıq Şurası nüminəsində olduğu kimi yenisi mexanizma qurmuşlardır. Hətta ən kəskin rəqabətin olduğu mövzulardan biri olan enerji məsələsində belə Nabukko istisna olmaq üzrə, Ağquyu AES`i, Cənub Axını qaz və Samsun-Ceyhan neft kəmərləri lahiyələrində Rusiya-Türkiyə əməkdaşlığı geniş vüsət almaqdadır. Her iki ölkənin 25 yanvardakı ortaq bəyannaməsi də bu əməkdaşlığın növbəti dəfə rəsmi təsdiqi mahiyyətini daşıyır. Elə Yaxın Şərq, Balkan və Qafqaz`a dair bəyannamədə yer alan və bizim də yuxarıda qeyd etdiyimiz maddələr də Rus-Türk münasibətlərinin rəqabət risqi daşıyan məqamlarında da artıq ortaq mövqe göstərmə iradəsinin nümunəsi sayıla bilər.

Nəticədə, son 10 ildə Rusiya-Türkiyə münasibətlərində əməkdaşlıq tendensiyasının getdikcə güclənməsi önümüzdəki dövrdə həm qlobal və həm də regional sistem baxımından qüc tarazlıqlarına kəskin biçimdə yenidən baxılmasını gündəmə gətirə bilər. Bu yeni prosesin ümumilikdə Qafqaz və xüsusən Azərbaycan baxımından hansı fürsət və risqləri gətirəcəyini isə zaman göstərəcək.

Dr. Nazim Cəfərsoy