Hərbi-təhükəsizlik

Bölgə Siyasətində İran -2

Pinterest LinkedIn Tumblr

 

http://gunaz.tv/?id=4&sID=2472&lang=1
 

Bu kontekst çərçivəsində İranın Yaxın Şərq siyasətinin əsas istiqamətlərindən birini Türkiyə ilə münasibətlər təşkil etməkdədir.[1] Tarixən rəqabət içində olan bu iki ölkə arasında xüsusən son dövrlərdə ciddi bir əməkdaşlıq prosesi inkişaf etməkdəydi. PKK və enerji başda olmaqla iqtisadi münasibətlərin əsas təşkil etdiyi bu prosesin İranın nüvə proqramı problemi səbəbiylə Türkiyənin vasitəçilik rolu ilə yeni bir xarakter qazandığı müşahidə edilməkdəydi. Ancaq İranın nüvə proqramında təkid etməsi, Suriyə məsələsində zidd mövqelər və cəsusluq məsələsi  iki ölkə arasında münasibətləri gərginləşdirməkdədir.       

İranın Yaxın Şərq siyasətinin bir digər mühüm istiqamətini İraqla münasibətlər təşkil etməkdədir. Tarixi olaraq İranda qurulan dövlətlərin maraq dairəsi içərisində mühüm yer tutan və İslam inqilabı sonrasında iki ölkə arasıda 8 il davam edən İran-İraq müharibəsi ilə yadda qalan İraqla münasibətlər Səddam sonrası yeni xarakter qazanıb. İran ABŞ-ın Səddam rejimini yıxması ilə bir yandan bölgədəki düşmanlarından birindən xilas olaraq  Şiələrin nəzarətinə girməyə başlayan yeni bir İraq dövləti ilə əməkdaşlıq fürsəti əldə edib. Digər yandan İran üçün yeni İraq ABŞ-la qonşu olmaq və bölgədə Kürd separatizminin güclənmısi baxımdan ciddi risqlər yaratmadadır. Bu kontekstdə İranın İraq siyasəti İraqda rəsmi Vaşinqtonla birbaşa qarşı-qarşıya gəlmədən ABŞ təsiri azaltmaq və özünə yaxın Şiə qrupları dəstəkləmək şəklində xarakterizə edilə bilər. Bəzi mənbələr İranın bu siyasət çərçivəsində İraqda Şiə Sədr hərəkatına güclü dəstək verdiyinə diqqəti cəlb edir və Əl-Qaidəyə gizli dəstək verdiyini iddia edirlər.[2]           

İranın Yaxın Şərq siyaəstinin bir digər istiqamətini Suriya ilə münasibətlər təşkil etməkdədir. Hər iki ölkə arasında əsasında ABŞ, Israil və Kurd separarizminə qarşı çıxmanın dayandığı və içində hərbi, iqtisadi və mədəni münasibətlərin də mühüm yer təşkil etdiyi müttəfiqlik münasibətləri sistemi inkişaf etməkdədir.[3] Suriyadakı proseslərdə  Əsadın siyasi, iqtisadi və hərbi dəstək verən İran üçün ən mühüm müttəfiklərdən hesab edilməkdədir.      

İranın bölgə siyasətinin formalaşmasında İsrail amilinin xüsusi yeri var. İsrailin qurulmasından İranda İslam inqilabının olduğu tarixə qədər iki ölkə arasında sıx əməkdaşlıq mövcud olub. ABŞ-ın bölgədəki iki mühüm müttəfiqinin bu əməkdaşlığında İsrailin Ərəb dünyası çevrəsində özünə dost axtarma statejisi əsas amillərdən biri olub. Bu çərçivədə Türkiyə və Efiopiya ilə yanaşı İranla yaxşı münasibətlər quran İsrail Şah rejimi silahla təmin edib və İran kəşfiyat qurumu SAVAK-ın güclənməsinə dəstək verib.[4] İran isə 1973-cu ildəki Ərəb-İsrail müharibəsində İsraili neftlə təmin edib. Ancaq 1979-cu ildəki İslam inqilabından sonra İranın İsrailə yanaşması tamamilə dəyişib. İnqilabın lideri Ayəttullah Xomeyni İsrailin “Kiçik Şeytan” oluduğunu və bölgədə mövcud olma haqqını qəbul etmədiklərini elan edərək, bu ölkə ilə ikitərəfli münasibətləri kəsib. İran İslam Respublikasının ilk illərində Israil əsas büyük təhlükə kimi Səddam Hüseyni gördüyü üçün rəsmi Tehranın bu mövqeyinə xüsusi diqqət yetirməyib. Hətta İsrail 1981-də İraqın Osirak AES-ini bombalayaraq İrana dolaylı dəstək verib. Digət tərəfdən İsrail İran-İraq müharibəsində rəsmi Tehrana gizli dəstək verdiyinə dair ciddi iddialar var.[5] Ancaq İranın ABŞ və Israillilərə hucum edən Livan Hizbullahına dəstək verməsi, sonrasında Tehrandan yardım alan Hamas və Fələstin İslami Cihadı kimi Fələstin təşkilatlarının İsrail üçün yaratdığı təhlükə rəsmi Təl-Əvivin bu ölkəyə yanaşmasında büyük dəyişiklik yaradıb. Səddamın yıxılması və buna paralel olaraq İranın nüvə programını aktivləşdirməsi İsrail üçün İranın ən birinci təhdit kimi xarakteriz etməsi ilə nəticələnib. İranın öz nüvə proqramı davam etdirməsində İsrailin nüvə silahını səbəb göstəməsi, Filistin məsələsində güclənən fəallığı və Əhmədinejatın 2005-ci ilin oktybarında “İsrailin xəritədən silinməsi”nə dair açıqlamları Təl-Əvivin narahatçılığını ən üst səviyyəyə yüksəldib. İsrailin nüvə silahına malik bir İranı qəbul edə billməsi mümkün olmayan  ən büyük təhdid kimi gördüyünü sıx-sıx elan etməkdə və bunun müharibə daxil hər cür vasitə ilə dayandırılmasının zəruri olduğunu vurğulamaqdadır. Bugün  ABŞ-ın İran üzərrində qurmağa çalışdığı siyasi, iqtisadi və hərbi təzyiqin İsrailin bu mövqeyi ilə birbaşa əlaqəsi var. Hətta bölgədə İrana qarşı bir İsrail  hərbi müdaxiləsi senaryosu öz aktuallığını qorumaqdadır. İran isə həm bu senaryoya, həm də ABŞ-ın hərbi müdaxiləsinə “İsraili xəritədən silərək cavab verəcəyi”  təhdidini gündəmə gətirməkdədir.                                             

İranın bölgə miqyasındakı siyasətinin ikinci müstəvisini Orta Asiya ilə münasibətlər təşklil etməkdədir. Rəsmi Tehranın  Orta Asiya ilə münasibətləri isə Əfqanıstan-Pakistan və keçmiş Sovet respublikaları olmaq üzrə iki əsas  istiqamətdə inkişaf etmişdir. İran tarixi təsir bölgəsi Əfqanıstana həmsərhəd ölkə, Şiə əhalisi  və Xəzər neftinin şərqə nəqlində mühüm bir rəqib koridor kimi önəm verməkdədir. Əfqanıstana Sovet işğalına qarşı çıxan İran, 1996-2001 arası dövrdə hakimiyyətdə olan Talibana qarşı Şimal İttifaqını dəstəkləmişdir. 11 sentybardan  ABŞ-ın bu ölkəyə  müdaxiləsi sırasında tərəfsiz qalan və zaman-zaman ABŞ-la əməkdaşlıq edən İran Vaşington tərəfdarı kimi bilinən Həmid Karzai hükümətinə dəstək verməkdədir.[6] Iranın Pakistanla münasibətləri tarixən yüksək səviyyəli olub. İran Pakistanı ilk tanıyan və Pakistan-Hindistan müharibəsində bu rəsmi İslamabada dəstək verən xarakter daşıyıb. SSRİ-nin Əfqanıstan işgalı zamanı güclənərək davam edən bu əməkdaşlıq Pakistan dəstəkli Talibanın Əfqanıstanda hakimiyyətə gəlməsi ilə ciddi bir sarsıntı keçirib. 11 Sentyabr sonrasında iki ölkə arasında münasibətlərin yenidən yaxşılaşmağa başladığı müşahidə edilməkdədir. Bu çərçivədə İranın nüvə proqramı üçün Pakistandan dəstək aldığına dair iddialar gündəmə gəlmiş, bölgədə güc tarazlığına ciddi təsir göstərə biliəcək Çin-Iran-Pakistan əməkdaşlığını gücləndirmişdir. İran-Pakistan münasibətlərinə təsir göstərən dinamiklər içərisində  İran-Hindistan və Pakistan-ABŞ əlaqələri xüsusi yerə malikdir.[7] İranın Orta Asiya siyasətinin ikinci istiqamətini isə  SSRİ-nin dağılması ilə bölgədə yaranan yeni dövlətlər Qazaxstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistanla münasibətlər təşkil etməkdədir. İranın bu dövlətlərə yönəlik siyasətində Xəzərdəki qonşuları Qazaxstan və Türkmənistanla münasibətlərində enerji və Xəzərin statusu kimi məsələlər xüsusi yer tutarkən, Tacikistanda mədəniyyət amilinin mühüm yeri var. Ancaq Rusiya, ABŞ və Çin kimi global aktyorların Orta Asiyadakı siyasi rolları səbəbilə  İran bölgədə yetərli fəallığı göstərə bilməməkdədir.

SSRİ-nin parçalanması nəticəsində ortaya çıxan Qafqazdakı yeni geosiyasi vəziyyət İran üçün fürsət və təhlükələri gündəmə gətirmişdir. Belə ki, SSRİ-nin parçalanması İranın son üç əsrdə ən mühüm təhdid hesab etdiyi Rusiya ilə birbaşa sərhəddi aradan qalxmış, bunun yerinə qonşuluqda Azərbaycan, Gürcüstan və Ermənistan kimi küçük dövlətlər yaranmışdır. İran bu vəziyyəti Qafqaza dair tarixi iddialarının yenidən gündəmə gətirmə fürsəti kimi qiymətləndirmişdir. Bu konteksdə rəsmi Tehranın bölgə siyasəti   enerji və Azərbaycan nüumunəsində islam inqilabı ixracı və şiə məzhəbi kimi motivlərin yer aldığı bir tərzdə inkişaf etmişdir. Digər tərəfdən, Qafqazdakı yeni geosiyasi durum İran baxımından Cənubi Azərbaycan məsələsindən meydana gələn etnik xarakterli parçalanma və bölgənin Qərb nüfüz sahəsinə düşməsi kimi iki mühüm təhdit yaratmışdır. İran bu təhditlərdən Cənubi Azərbaycan məsələsini bir yanda Ermənistanla qurduğu strateji xarakterli münasibətlərlə Azərbaycanı zəiflədərək aradan qaldırmağa çalışırkən, digər yandan Azərbaycanı təsir altına alacaq siyasət tətbiq etmişdir. Rəsmi Tehran yenə bu çərçivədə İrandakı Türk əhalisini təzyiq altına alacaq sərt vasitələr tətbiq etməyə başlamışdır. İran bölgəyə Qərb təsiri təhdidini isə Rusiya ilə qurduğu əməkdaşlıqla məhdudlaşdırmağa çalışmaqdadır. 
 


[1]İran-Türkiyə münasibətlərinə dair baxınız: Robert Olson, Türkiye-İran İlişkileri 1979-2004: Devrim, İdeoloji, Savaş, Darbeler ve  Jeoplotik, Ankara , Babil mətbəəsi, 2005.

[2] İran-İraq münasibətlərinə dair baxınız: Anoushiravan Ehteshami, “Iran-Iraq Relations after Saddam”, The Washington Quarterly, Cild 26. Sayı 4, Payız 2003, ss. 115–129; Ted Galen Carpenter and Malou Innocent, “The Iraq War and Iranian Power”, Survival, Cild 49, Sayı 4, Qış  2007–08,  ss. 67–82; Frederic W. Kagan, Kimberly Kagan, Danielle Pletka, Iranian Influence in the Levant, Iraq and Afganistan, A Report of the American Enteprise Institute, 19 Fevral 2008,http://www.aei.org/docLib/20080227_IranianInfluenceReport.pdf , ss.17-37; Kayhan Barzegar, Iran’s Foreign Policy in Post-invasion Iraq, Middle East Policy, Cild XV, Sayı 4, ss. 47-58; Abbas William Sami, “The Nearest and Dearest Enemy: İran After the İraq War”,  MERIA, Cild 9,  Sayı 3, 3-cü məqalə, Sentyabr 2005  http://meria.idc.ac.il/journal/2005/issue3/jv9no3a3.html   

[3] İran-Suriya arasındakı münasibətlər üçün baxınız: Frederic W. Kagan, Kimberly Kagan, Danielle Pletka, Iranian Influence in the Levant, Iraq and Afganistan, A Report of the American Enteprise Institute, 19 Fevral 2008, http://www.aei.org/docLib/20080227_IranianInfluenceReport.pdf , ss.3-6; Kayhan Bargezar, “Iran’s Foreign Policy towards Iraq and Syria”,  Turkish Policy Quarterly, Cild 6, Sayı 2, Yay 2007, http://www.esiweb.org/pdf/esi_turkey_tpq_id_100.pdf,; Alex Benjamin Zerden, “Syrian Foreign Policy Toward Iran: A Strategic Relationship or Tactical Convergence?”, NIMEP Insights, Cild 3, Payız 2007, http://www.tuftsgloballeadership.org/files/resources/nimep/v3/syrian_foreign_policy.pdf ss.17-29; Ely Karmon,Iran–Syria–Hizballah–HamasACoalition against Nature Why Doesit Work?, May 2008, http://www.carlisle.army.mil/proteus/docs/karmon-iran-syria-hizbollah.pdf

[4] İran: Regional Percpectives and U.S. Policy , s.39

[5] İran: Regional Percpectives and U.S. Policy , s.39.

[6] İran-Əfqanistan münasibətlərinə dair baxınız: Frederic W. Kagan, Kimberly Kagan, Danielle Pletka, Iranian Influence in the Levant, Iraq and Afganistan, A Report of the American Enteprise Institute, 19 Fevral 2008, http://www.aei.org/docLib/20080227_IranianInfluenceReport.pdf , ss.37-56;  İran: Regional Percpectives and U.S. Policy , ss.24-26.

[7] İran-Pakistan münasibətlərinə dair baxınız: Shah Alam, “Iran-Pakistan Relations: Political and Strategic Dimensions”, Strategic Analysis, Cild 28, Sayı 4, Oktyabr-Dekabr 2004, ss.526-545; Farzana Shah, “Pakistan Iran Relations: Past, Present & Future”, BrassTacks Policy Paper,  2010; 

Dr. Nazim Cəfərsoy