Rusiyanın nufüzlü “Komersant” qəzetinin 9 yanvar tarixli sayısında Gürcüstandakı siyasi vəziyyətlə ələqadar yayınlanan məqalədə prezident Mixail Saakaşvilinin istefası üçün 1 milyon imzanın toplandığı iddiasına yer verilib. Qəzet bu imzaları Gürcüstanda “İnsan hüquqları üçün həmrəylik” adlı QHT-nin topladığını iddia edib.
Adı qeyd edilən QHT Saakşavlinin ikinci dəfə 5 illiyinə prezident seçilməsinin faktiki tamamlandığı 5 yanvarda da prezident iqamətqahının önündə etiraz aksiyası keçirib. Aksiya iştirakçıları Saakaşvilinin 2011 ilinin noyabr ayında konustitusiyaya edilən dəyişikliklərlə qanunsuz olaraq öz vəzifə müddətini 9 ay uzatdığını və onun səlahiyyət müddətinin əslində 4 yanvarda bittiyini bəyan ediblər. Etirazçıların bu barədəki bəyanatı prezidentə və ya onun bir nümayəndəsinə təqdim etmə cəhdi isə, qarşı tərəfin bu sənədi almaq üşün nümayəndə göndərməməsi nəticəsində baş tutmayıb.
“İmza müharibəsinə” Saakaşvili tərəfdarları da qoşulub. Bu çərçivədə “Vətənsevərlər” hərəkatının üzvləri “Bizim prezidentimiz-Mixail Saakaşvili” şüarı ilə mövcud prezidentə imza ilə dəstək kampanyasına başlayıblar. Onlar Saakaşvilinin seçkilərin keçirələcəyi 2013-cü ilin oktyabrına qədər qanuni prezident olduğunu bəyan edirlər. Təşkilatçılar Saakaşviliyə dair ittihamların əsassız, onun istefasının da milli maraqlara zidd olduğu bildirirlər.
Qeyd edək ki, Saakaşvili yeni ildən sonrakı bir çıxışında Gürcüstanın keçmişi ilə vidalaşdığına inadığını bildirərək, dolaylı olaraq istefa etmək niyətində olmadığına dair məsajlar verib. Elə Qərb dairələri də Saakaşvilinin vaxtından əvvəl istefaya göndərilməsini istəmir.
Ümumilikdə, Gürcüstanda keçən ilki parlament seçkilərindən sonra artan ölkə daxili siyasi gərginlik Saakavilinin istefasına dair tələblərin artaraq gündəmə gəlməsi ilə yeni bir mərhələyə keçmiş görünür. Ancaq bu prosesin ölkəni sarsacaq siyasi bir böhrana çevrilib çevrilməməsi yeni baş nazir Bindza İvanişvilinin Saakaşvilinin istefası tələbinə dair mövqeyindən birbaşa asılı olacaq. İvanişvili isə hələlik susqunluğunu qoruyur.