Hərbi-təhükəsizlik

Karasin: Abxaziya və Cənubi Osetiya Rusiya-Gurcüstan dialoqunun mövzusu deyil

Pinterest LinkedIn Tumblr

 Rusiya Xarici İşlər Nazirinin Müavini Qriqori Karasin rəsmi Moskvanın Rusiya-Gurcüstan münasibətlərinin gələcəyinə dair mövqeyini açıqlayıb. Karasin fevralın 25-də Rus və Gürcü politoloqlarının Moskvada keçirilən toplantısında Rusiyanın Gürcüstanla bütün sahələrdə münasibətləri normallaşdırmaqdaa maraqlı olduğunu bildirib. O, münasibətlərin normalaşdırılmasında hər iki ölkənin siyasi nümayəndələri ilə eskpertlərinin qarlışlıqlı əlaqələrinin önəmini qeyd edib.  Ancaq Rus diplomat Rusiya ilə Gürcüstan arasında istər  dövlət səviyyəsində, istər də icitmai səviyyəyydəki dialoqda Abxaziya və Cənubi Osetiyaya dair məsələlərin müzakirə mövzusu olmayacağını vurğulayıb. Karasin bu mövzunun ancaq Abxazlar və Cənubi Osetiyalılarla müzakirə edilməli olduğunu, fərqli mövqenin “mənasız” olacağını bəyan edib.

 

Karasinin bu açıqlaması rəsmi Moskvanın Gürcüstana münasibətinin o qədər də dəyişmədiyinin bariz nümunəsi sayıla bilər. Qeyd edək ki, Rusiya 2008-ci ilin avqustundan sonra Gürcüstanla münasibətlərin normalaşmasında rəsmi Tiflisin Cənubi Qafqazdakı siyasi reallıqları nəzərə almasını ən mühüm şərt kimi qoyurdu. Bu şərt son Rus xarici siyasət doktrinasında da yer alıb. Prezident Saakaşvili bu şərtin Gürcüstan tərəfindən qəbulunun Rusiyanın Gürcüstan ərazilərini işğalını tanımaq mənasını daşıdığını qeyd edərək, rəsmi Moskvanın bu şərtini rədd edirdi. Ancaq Gürcüstanda keçən ilin 1 oktyabrdakı parlament seçkilərində qalib gələn Bindza İvanişvili Rusiya ilə münasibətləri normalaşdırmağı əsas vədlərdən biri kimi vermişdi və daha sonra bu istiqamətdə  bəzi addımlar da atmağa başlamışdı. Fəqət Karasinin son açılaması Rusiya-Gürcüstan münasibətlərinin normallaşmasının önündəki əsas problemin həllinin o qədər də asan olmayacağını göstərməkdədir.

 

http://www.araztm.az/

 

Araz Aslanlı