Hərbi-təhükəsizlik

Qazaxıstandakı nüvə müzakirələrinin ilk günü nəticəsiz başa çatdı

Pinterest LinkedIn Tumblr


İranın nüvə proqramı ətrafında yaranmış problemi müzakirə etmək üçün 8 aylıq fasilədən sonra tərəflər bu dəfə Qazaxıstanın paytaxtı Astanada görüşdülər. Görüşdən əvvəl həm İran, həm də “5+1” tərəflərinin nümayəndələri daha çox ehtiyatlı açıqlamalar verməyə çalışırdılar. İran dövlət adamları Qərbi “bu dəfə daha ciddi davranmağa”, İranın hüquqlarına hörmətlə yanaşmağa çağırırdı. Öz növbəsində “Qərb cəbhəsi” də  danışıqların nəticə verməsi üçün İranın addım atmalı olduğunu irəli sürürdülər.

 

Danışıqların ilk günündə əksəriyyətin gözlədiyi kimi hər hansı bir nəticə əldə olunmadı. Amma əvəzində tərəflərin təkliflərlə çıxış etdiyi barədə məlumat verildi. “5+1” ölkələrinin İranın atacağı müsbət addımların əvəzində bu ölkəyə tətbiq olunan sanksiyaların bir hissəsinin yumşaldılmasıyla bağlı vədlər verdiyi bildirilir. İran isə bu dəfəki müzakirələrdə “indiyə qədər açıqlanmamış xüsusi” təkliflərlə çıxış edəcəyini elan edib. Hələ ki, təkliflərin və yeniliklərin detalları məlum deyil. Amma aydındır ki, “5+1” ölkələri, xüsusilə də ABŞ kosmetik xarakterli “yeniliklər”i qəbul etmir və sadəcə İranın nüvə proqramı ilə bağlı şübhələri əsaslı şəkildə ortadan qalrıda biləcək addımlarla razılaşacaqdır. Bu səbəbdən də təxmin etmək olar ki, ya İran ciddi güzəştlərə gedəcək, ya da danışıqlar nəticəsiz başa çatacaq və İrana qarşı addımlar daha da sərtləşəcək.

 

http://www.araztm.az 

Araz Aslanlı