Amerika

Davudoğlu İranı və Qərbi tənqid etdi

Pinterest LinkedIn Tumblr

 

Türkiyənin Xarici İşlər naziri Əhməd Davudoğlu, Yəmənin Dostları Grupunun toplantısı üçün getiyi Londonda dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri sayılan “London School of Economics”de (LSE) konfrans keçirmişdir. Davudoğlu buradakı çıxışında müxtəlif məsələlərə, o cümlədən İranın nüvə proqramından qaynaqlanan problemə və İranın Suriyadakı mövqeyinə də toxunmuşdur.

Davudoğlu İranın nüvə probleminin həlli üçün çox çalışdıqlarını vurğulamış, 2010-2011-ci illərdə İrana 7 ay içində 8 dəfə səfər etdiyini və bunun nəticəsində Tehran müqaviləsinin imzalandığını xatirladaraq həmin sənəddən lazımı qədər faydalanılmadığını qeyd etmişdir. Davudoğlu Qərb dövlətlərinə də səslənmişdir: “hələ də nüvə problemini həll etmək üçün o müqavilə mətni tək variantdır.

Əhməd Davudoğlu bölgədə nüvə silahına sahib olmaq təşəbbüslərinə tam qarşı çıxdıqlarını da xatirladıb: bölgəmizdə nə İran, nə də İsrail, heç bir nüvə gücü görmək istəmirik.

Suriya məsələsinə geniş yer ayıran Davudoğlu bu ölkədə hələ də qan tökülməsinin davam etməsində bəzi qonşu dövlətləri və öz rolunu yerinə yetirməyən BMT-ni günahlandırıb. O, qeyd edib: İran Misirdə xalqın yanında olsa da, Suriyada qan tökən rejimi dəstəkləyir və xalqın qətl edilməsinə səssiz qalır, xalqın tələblərinə və insanlıq şərəfinə hörmətli olmaq, bərabərliyi müdafiə etmək, məzhəbçilik etməmək lazımdır”. O, İranı “səhvlərindən imtina etməyə” dəvət edib.

Davudoğlunun bu çıxışı, qısa fasilədən sonra türk rəsmilərinin İrana qarşı tənqidlərinin növbəti dalğasının bir hissəsidir. Xatirladaq ki, bir neçə gün əvvəl bu ölkənin Baş naziri Rəcəb Tayyib Ərdoğan da eyni məsələlərə görə İranı sərt tənqid etmişdi. İran mətbuatında Türkiyəyə qarşı tənqidi yazılar isə fasiləsiz yer almaqdadır. Bu da onu göstərir ki, Türkiyə-İran münasibətlərindəki gərginlik getdikcə konyektura xarakterli olmaqdan çıxır və stratejik gərginliyə çevrilir.

 

 

 

Araz Aslanlı