Avropa

Qərbdən Rusiyaya yeni sanksiya xəbərdarlığı

Pinterest LinkedIn Tumblr

ABŞ Prezidenti Barak Obama ilə Almaniyanın Federal kansleri Angela Merkelin Ağ Evdə mayın 2-də keçirdikləri görüşdən sonra Rusiyaya yeni xəbərdarlıq edilib. İki lider keçirdikləri ortaq mətbuat konfransında Ukraynada vəziyyəti gərginləşdirməyə davam etməsi halında Rusyaya qarşı daha geniş miqyaslı iqtisadi xarakterli yeni sanksiyaların qaçınılmaz olduğunu bəyan ediblər.  Obama və Merkel bu sanskiyaların tətbiqi üçün əsas qirmzi xəttin isə Ukraynada 25 mayda keçirilməsi nəzərdə tutulan prezident seçkilərinin pozulması olduğunu vurğulayıblar.      

 

Obama açıqlamasında yeni sankisyaların hədəfinin müdafiə və maliyyə sektorlari ilə müəyyən mənada  enerji sahəsini də əhatə edə biləcəyini bildiirb. O,  artıq sanskiyaların Rusiyanın zəif olan iqtisadiyyatını daha da zəifləməyə başladığını da qeyd edib. ABŞ prezidenti sanksiyaların məqsədinin Rusiyanı cəzalandırmaq deyil, onu səhvini başa düşməyə və doğrunu seçməyə məcbur etmək olduğunu bəyan edib. Obama yeni sanksiyalar mövzusunda Avrupa Birliyi və G-7 üzvləri ilə müzakirələrə də tezliklə başlayacağını da vurgulayıb.  O, Ukraynanın 17 aprel 2014-cü il tarxili Cenevrə müqaviləsinə əməl etdiyini, Rusiyanın da belə davranmasının vacibliyini  xüsusi olaraq qeyd edib.

 

Diqqəti cəlb edən  bir məqam da Rusiya ilə ciddi əlaqələrə malik olan Almaniyanın kansleri Merkelin rəsmi Moskvaya qarşı sərt üslübdan istifadə etməsi  olub. Problemin diplomatik vasitələrlə həllini istədiklərini qeyd edən Merkel, daxildə cox sayıdakı Alman şirkətinin etirazına baxmayaraq, sanksiyaların zəruriliyi məsələsində xüsusi mövqe nümayiş etdirib və ABŞ-la birliktə hərəkət edəcəklərini bəyan edib.                

 

Hər nə qədər NATO-nun Baş Katibi Rusiyanı rəqibləri olaraq görməyə başladıqlarını bəyan etsə də, Rusiyanın Ukraynadakı geniş miqyasli pozucu fəaliyətlərinə Qərbin reaksiyasının nisbətən ehtiyatlı və tənqid ediləcək qədər təmkinli olduğu müşahidə edilir. Elə Putinin də Qərbin sankisyalarına qarşı hökumətin yeni təkliflərini qəbul etməməsi də Kremlinin də  Qərblə bu böhranı həll edilməyəcək qədər dərinləşdirmək istəməməsi kimi izah oluna bilər. Ancaq Rusiya Ukraynadakı pozucu faaliyətləri ilə 25 may öncəsi prezident seçkiləri ərəfəsində və sonrasında bu ölkəyə dair müzakirələrdə “ölkənin federallaşması” və “Ukraynanın tərəfsizliyi” mövzularında ciddi dayanaqlar əldə etməyə çalışmaqda olduğu kimi qeyd edilə bilər.      

 

www.araztm.az

Dr. Nazim Cəfərsoy