Avropa

Ukraynanın MDB-dən çıxması nə ilə nəticələnəcək? – Ekspert

Pinterest LinkedIn Tumblr

“Həm MDB daxilində, həm də bu coğrafiyada yeni təşkilatların yaradılması prosesi gedir”.

 

Bunu Axar.az-a Rusiyanın Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxmaqla bağlı qərarını şərh edən Qafqaz Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı bildirdi:

 

“MDB-nin qurulmasında Rusiyanın məqsədi keçmiş Sovet regionunda təsirini davam etdirmək idi. İllər boyunca Rusiya onu daha işlək hala gətirmək və əhatə dairəsini daha da genişləndirmək niyyətini qorudu. Amma həm Rusiyanın vəziyyəti, həm digər böyük oyunçuların siyasətləri, həm də bu quruma daxil olan bəzi dövlətlər arasındakı problemlərə görə proseslər Rusiyanın arzu etdiyi kimi getmədi. Məsələn, Ermənistan Azərbaycan torpaqlarını işğal etmişdi, Sonra Cənubi Osetiya problemi böyüdü və s.

 

Digər tərəfdən Rusiyanın MDB siyasətinin arxasında hegemonik, imperialist arzuları durduğuna görə keçmiş sovet respublikalarının bir çoxunda buna qarşı müqavimət var idi. Biz müxtəlif illərdə həmin ölkələrin Rusiyanın bu siyasətinə qarşı müqavimət göstərməsinin şahidi olmuşuq. Dəfələrlə olub ki, MDBüzvü olan ölkələrdən gah biri, gah da digəriMDB şərçivəsindəki əməkaşlıq platformalarıda iştirakdan imtina ediblər.

 

Bundan əlavə MDB-nin üzvü olan dövlətlər (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) GUAM adlı təşkilat da yaradıblar. Bu təşkilata bir müddət Özbəkistan da qoşulmuşdu. MDB üzvlərinin bir hissəsi hələ də Rusiyanın israrla canlı saxlamağa çalışdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında yer almırlar. Yəni, onsuz da MDB çərçivəsində hər şey Rusiyanın istədiyi kimi getmirdi. Amma Rusiya israrlarını davam etdirirdi.”

 

Ekspert hesab edir ki, Ukraynanın ayrılmaq qərarı MDB daxilindəki proseslərə mənfi təsir edəcək, amma bu qurumun dağılması ilə nəticələnməyəcək:

 

“MDB-də Ukraynaın mövcudluğu Rusiya üçün digərm məqamlarla yanaşı həm də psixoloji amil iimi əhəmiyyətli idi. Ona görə də Ukraynanın MDB-dən ayrılması Rusiyanı narahat edəcək. 2008-ci ildə Gürcüstanın buy cür qərar verməsindən sonra ilk dəfə yeni bir ölkə qurumdan ayrılmaq istəyir. Bu da heç şübhəsiz ki, Rusiyanın planlarına mənfi təsir edəcək. Amma bu MDB-nin sonu demək deyil. Mövcur şərtlər daxilində Rusiya istəmədiyi müddətdə bu təşkilatın dağılması mümkün deyil. Çünkü, açıq ərazi münaqişəsi yaşamadığı müddətcə heç bir MDB üzvü Rusiyanın iradəsinə mütləq əks getmə siyasətini yürütmür. Bunun obyektiv və subyektiv səbəbləri var. Gürcüstan və Ukrayna nümunələrində isə biz açıq işğal proseslərindən sonra bu cür qərarların qabul olunmasına şahid olmuşuq. Digər tərəfdən hazırda həm MDB çərçivəsində, həm də keçmiş Sovet coğrafiyasında yeni təşkilatların yaradılması prosesi gedir. Hazırkı regional məsələlərdən biri də keçmiş Sovet respublikalarının Rusiyanın bu istiqamətdəki iradəsinə nə qədər müqavimət göstərəcəkləri məsələsidir.”

 

Xatırladaq ki, iki gün öncə jurnalistlərlə keçirdiyi brifinqdə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy rəsmi Kiyevin MDB-dən çıxmaqla bağlı qərar qəbul etdiyini bildirmişdi. Bir müddət öncə isə Ukrayna Xarici İşlər Nazirliyinin İnformasiya və Siyasi Təhlil departamentinin müdiri Yevgeni Perebiynis MDB ilə əməkdaşlığı donduracaqlarını demişdi. Avropalı analitiklər Ukraynanın MDB-dən imtina edəcəyi təqdirdə bu qurumun tamamilə dağılacağını bildirmişdilər.

 

http://axar.az/news/19579

Araz Aslanlı