Amerika

Vaşinqton-Ankara gərginliyi: ABŞ Türkiyəni niyə sevmir?

Pinterest LinkedIn Tumblr
Vaşinqton-Ankara gərginliyi: ABŞ Türkiyəni niyə sevmir?
19:23 – 01 Aprel, 2016 http://apa.tv/video/28540

Mövzu: Türkiyə-ABŞ münasibətlərində pik nöqtəyə çatan gərginlik

 

Aparıcı –  Vüqar Məsimoğlu

Qonaq – Araz Aslanlı, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri

 

Proqramda səslənən əsas tezislər:

 

“ABŞ və Türkiyə prezidentlərinin görüşünü zəruri edən çoxlu məqamlar olsa da, görüşlə bağlı spekulyasiyaların meydana çıxması göstərir ki, tərəflər arasında ciddi fikir ayrılığı var”

 

“Son Suriya böhranına qədər Türkiyə-Rusiya münasibətlərində yaxınlaşma, Türkiyə ABŞ münasibətlərində soyuqluq hiss olunurdu. Suriya böhranı, 2008-ci il avqust hadisələri və Ukrayna hadisələrindən sonra Rusiya ilə münasibətlər gərginləşdi”.

 

Ümumilikdə götürdükdə, Rusiya və Türkiyəyə aralarında yaşanan bu problemlər lazım deyildi”

 

“Kreml rəsmilərinin verdiyi açıqlamalar göstərir ki, Rusiya rəsmiləri hələ də Türkiyədən üzr gözləyirlər”

 

“Görünür ABŞ-da durumu belə dəyərləndirirlər ki, Türkiyə və Rusiyanın Yaxın Şərqdə maraqları onların yaxınlaşmasına imkan verir”

 

“Suriya probleminə Türkiyə və Rusiyanın münasibəti dəyişməsə, bu ölkələrin münasibətləri ABŞ üçün narahatlıq yaratmamalıdır”

 

“Alparslan Çelik məsələsinə gəldikdə, dünya tarixində müəyyən gərginliyi bir nəfərin üzərində cəmləyib sonra gərginliyi aradan götürmək halları çox olub”

 

“Hər iki tərəfdə iddialı liderlər olduqda geri addım atılsa belə, bu addımlar ictimaiyyət qarşısında liderlərin imicinə zərər gətirməyəcək şəkildə açıqlanır”

 

“Əgər Türkiyədə Əhməd Necdet Sezer və Rusiyada Yeltsin hakimiyyətdə olsaydı, baş verənləri prinsip məsələsinə çevirməzdilər”

 

“Vaşinqtonla Türkiyə arasında terror təşkilatlarına, xüsusilə də PKK terroruna münasibət fərqlidir”

 

“Türkiyə-ABŞ münasibətlərinə təsir edən amillərdən biri Türkiyə-İsrail münasibətlərində olan gərginlikdir”

 

“ABŞ müttəfiqləri ilə bərabərhüquqlu yox, bəzən diktəedici davranır”

 

“Türkiyə ABŞ münasibətlərini müəyyənləşdirici əsas amillərdən biri Rusiya-Türkiyə müsnasibətləridir”

 

“ABŞ-Rusiya münasibətlərinin normallaşması hər iki tərəflə münasibətlərdə Türkiyənin mövqeyini zəiflədə bilər”

 

http://apa.tv/video/28540

Araz Aslanlı