Hərbi-təhükəsizlik

Lavrov İrəvanda Qarabağla bağlı nə demək istəyib?

Pinterest LinkedIn Tumblr

Dr. Nazim Cəfərov

Məlum olduğu kimi Rusiyanın Xarici işlər naziri Sergey Lavrov 10-11 Noyabr 2019 tarixlərində  İrəvana səfər edib.  Lavrov səfərin ilk gunu faşizm üzərində qələbənin 75 illiyinə həsr rolunmuş sərgidə olub, ikinci gün isə Baş Nazi Nikol Paşinyan, erməni həmkarı Zöhrab Mnasakyan və Ermənistan Diplomatiya Məktəbində tələbələrlə görüşlər keçirib.

Rusiya xarici işlər nazirinin ilk günkü görüşünün Azərbaycan tərəfinin Ermənistanı faşizmə dəstək verən addımlarla ittihamından sonra gəlməsi diqqətlərdən qaçmayıb. Anlaşılan Ermənistan tərəfi və Moskvadakı Erməni lobbisi bu ittihamların verə biləcəyi zərəri azaltmaya çalışıblar. Beləcə Ermənistan tərəfi bununla bağlı Rusiya rəsmi dairələrində imicini yenilənmə səyi göstərib. Lavrov da sərgidə erməni xalqının faşizmlə mübarizədəki rolunu vurqulayan  çıxıs edib.

Lavrovun ikinci gün keçirdiyi görüşlər isə çox sayda mühüm mesajla yadda qalıb. Bu yazıda Rusiyalı nazirin sadəcə Qarabağla başlı mesajlarıan diqqəti cəlb edəcəyik. Azərbyacan üçün ilk diqqət cəlb edən və narahatçılıq doğuran mesaj  Lavrovun erməni həmkarı Zöhrab Mnasakyanla  görüşdən sonra verdiyi mətbuat konfransındakı açıqlaması olub. (https://www.mid.ru/web/guest/meropriyatiya_s_uchastiem_ministra/-/asset_publisher/xK1BhB2bUjd3/content/id/3894446)Rəsmi xarakterli və siyasi ağırlığı yeterincə yüksək olan bu mətbuat konfansında  Lavrova “ Rusiya İrəvanın “Dağlıq Qarabağ”ın müzakirələr prosesinə tam hüquqlu tərəf statusuyla iştirakına necə yanaşır?” sualı soruşulub. Lavrov bu suala cavabında mövzuyla bağlı əvvəlcə Erməni tərəfinin mövzu ilə bağlı tezlərini səsləndirib, sonra “Dağlıq Qarabağ”ın daha əvvəl belə bir statusa sahib olduğunu, keçmiş Ermənistan prezidentlərindən birinin bu statusdan vazkeçdiyini bildirib. Lavrov açıqlamasını davam etdirib, hər hansı razılaşmanının “Dağlıq Qarabağ xalqının” razılığı olmadan mümkün olmayacağını bəyan edib, hətda bununla qalmayıb Ermənistanın bunu imzalamayacağını bəyan edib.

Lavrov kimi təcrübəli diplomatın ölkəsinin vasitəçi olduğu bir məsələdə tərəflərdən birinin açıqca qarşı olduğu mövzuya cavabı ciddi üslüb və mahiyyət problemləriylə diqqəti cəlb edir. Əvvəla, Lavrov cavab verirkən ancaq Erməni rəsmilərinin mövqeyini vurqulayıb, Azərbaycan tərəfinin mövqeyini tarazlıq və obyektivlik naminə də olsa heç qeyd etmeyib. İkincisi, diqqətlə oxuyanda Lavrovun bu məsajdakı  üslübu “axı Ermənistan tərəfi niyə Dağlıq Qarabağın  bu statusdan vazkeçdi” kimi yozula biləcək yanaşma kimi görünür. Üçüncü, Lavrov “Dağlıq Qarabağ xalqının bunu qəbul etməsinin mümkün olmayacağı” vurgusunu ilə onların yerinə  həm də kəskin formada edib.  Üstəlik “ bunu hamı başa düşür” deyərək həm Azərbaycan, həm də ABŞ və Fransanın adından da danışmış olub. Dördüncüsü, Lavrov “Ermənstan bunu imzalamayacaq” deyərək rəsmi İrəvanın adına da danışıb. Əgər Lavrov butün bunları qapalı müzakirələrdə desəydi, bunu müəyyən mənada vasitəçi kimi prosesi irəli apamarq qaygısı ilə etməsi kimi qiymətləndirmək olardı. Ancaq bunun ictimaiyyətə açıq və yüksək səviyyəli rəsmi bir brifinqdə  və qeyd edilən üslübda deyilməsi bu açıqlamanın ətrafa verilən məsaj olduğunu  göstərir.

Fikrimizcə, Lavrov bu açıqlamayla 5 fərqli aktyora məsaj verməkdədir. Əvvəla, hamının da təxmin etdiyi kimi bu açıqlamanın ilk hədəfi Azərbaycandır. Lavrov bu açıqlaması Azərbaycanın kadr dəyişikliklərinə, Qoşulmama Hərəkatındakı fəallığına, AES  təklifinə məsafəli  yanaşması kimi məsələlərə dair Moskvanın narahatçılığının ifadəsidir. İkincisi, Lavrovun bu açıqlaması ilə Paşinyana Azərbaycanla müzakirələrdə Rusiyanın qəbullanmayacağı bir prosesin tərəfi olmaması məsajını verir. Üçüncüsu, Rusiya bu məsajla Paşinyana qarşı  Qarabağ klanına dəstəyini bu klanın ən güclü olduğu “Dağlıq Qarabağ” üzərindən verir. Dördüncüsü, önumüzdəki dövrdə Qarabağda “prezident seçkiləri” də olacağını və separatislərin “xarici işlər nazirinin” Rusiya ilə yanaşı, ABŞ-a da getdiyini düşünürsək nəzərə alsaq Lavrov bu açıqlamayla Qarabağda separtistlərə həqiqi himayədarlarınınm özü oldugu məsajını verir.  Beşincisi, Lavrov bu açıqlama ilə həm də ABŞ və Fransaya problemin  müzakirələrin və əsas aktyorunun özü olduğu məsajını verməyə çalışır.

Ancaq Lavrov İrəvanda Qarabağla bağlı bir məsaj daha verib. Belə ki, Lavrov Diplomatiya  Ermənistan Diplomatiya Məktəbində tələbələrin suallarına cavab verirkən  bu barədə yenə danışıb. (http://www.mid.ru/ru/foreign_policy/news/-/asset_publisher/cKNonkJE02Bw/content/id/3894954)ru-Bu məsaj Azərbaycan medaiasında yer almayıb. Rusiya xarici işlər naziri buradakı açıqlamalarında isə daha balanslı və vasitəçi ölkə misyasına nisbətən uygun danışıb. Lavrov xususi vurğulayıb ki, biz tərəflərə heç bir formatı məcbur etmirik və hazır resept vermirik. Əlavə olaraq, Lavrov vurgulayıb ki, tərəflər heç bir təzyiq, məhdudlaşdırıcı zaman və hakimlik olmadan özləri razılaşmalıdırlar. O halda Minsk Grupu həmsədrləri bu razılaşmanın zəmanətçisi ola bilər.

Qeyd edək ki, Rusiya Xarici  İşlər nazirliyinin rəsmi səhifəsindəki linklərdən  Lavrovun birinci məsajı ilə ikinci məsajı arasında təxminən 5 saatlıq zaman fərqi olduğu aydın olur. Diqqətli müqayisə edəndə aydın görünür ki, hər iki məsaj arasında həm üslüb, həm də mahiyyət baxımından ciddi fərq və ziddiyətlər var. O zaman sual yaranır ki, niyə Lavrov eyni səfərdə eyni gündə bu qədər ziddiyətli iki məsaj verib. Burada sadəcə bəzi təxminlər yürütmək olar.

Birinci ehtimal odur ki, hər iki məsaj əvvəlcədən şüurlu olaraq ziddiyətli planlanıb. Məqsəd ilk açıqlama ilə ən yuxarı formatda prosesin yuxarıda qeyd etdiyim bütün tərəflərinə məsaj vermək olub. Məsaj vermə məqsədi hasil olandan sonra isə ikinci məsaj verilərək  balans qorunmağa çalışılıb. Beynəlxalq münasibətlərdə xüsusilə də diplomatik mənada bəzən ziddiyətli məsajlar vermək prosesin bir metodu olaraq istifadə edilir. Burada da elə bir metodun istifadəsi istisna deyil.

İkinci ehtimal isə odur ki, Lavrov təcrübəli diplomat olsa da zihinsel olaraq növbəti dəfə erməni tərəfinə yaxınlığını ilk açıqlamasında əks etdirib.  İlk məsaj yayılandan və reaksiyalar gəldikdən sonra bu məsajın Putin dövründə Rusiyanın Qafqaz siyasətində nisbi olaraq qurulmağa çalışılan tarazlıq kursuna zidd olduğu və “barıtınun çox olduğu”  anlaşılıb. Bu müddət ərzində ilk məsaja Azərbaycan tərəfinin reaksiyası da məlum olub. Bu durumun aydın olması və düzəltilməyə çalışılması isə Lavrovun öz komandasının vəya Azərbaycandakı rus diplomatik korpusunun mudaxiləsi ilə ola bilər. Hətda Kremlinin  özünün hadisəyə müdaxiləsi də fikirmcə istisna deyil. Tam səbəbini bilməsək də, hər iki ehtimalda da Lavrovun Diplomatiya Məktəbindəki məsajı bir reallıq olaraq qalır.                        

Nəticə olaraq, Lavrovun ziddiyətli məsajlarını doğru və hər tərəfli  təhlil etmək Qarabağ ətrafında baş verən prosesləri daha doğru  anlamaq və dogru reaksiyaları  göstərmək üçün zəruridir.              

   

 

Dr. Nazim Cəfərsoy