Amerika

Qərb-Rusiya münasibətlərində nə baş verir?

Pinterest LinkedIn Tumblr

Giriş

Qərb-Rusiya münasibətləri müasir qlobal münasibətlər sisteminin hər zaman ən çox maraq doğuran mövzularından olub. 20-ci əsr boyunca (“soyuq müharibə”dən öncə, “soyuq müharibə” dövründə və sonra) ümumi olaraq Qərb-Rusiya, istərsə də xüsusi olaraq ABŞ-Rusiya münasibətləri  qlobal sistemin mövcud vəziyyəti və gələcəyi, eləcə də müxtəlif  regionların geosiyasi taleyi baxımından mühüm əhəmiyyət kəsb edib.

Qərb-Rusiya və ABŞ-Rusiya  münasibətlərinin vəziyyəti həm də Azərbaycanın geosiyasi baxımından parçası olduğu Avrasiya, post-sovet məkan və Qafqaz bənzəri bölgələr baxımından da strateji önəmə malikdir. Bu məqamlar baxımından 2021-ci ildə Qərb-Rusiya və ABŞ-Rusiya münasibətlərində ciddi gərginliklər müşahidə edilməkdədir. Bu yazıda 2021-ci ilə Qərb-Rusiya münasibətlərindəki gərginlik sahələri və yeni ABŞ administrasiyasının Rusiya siyasəti təhlil ediləcəkdir.

 Qərb-Rusiya gərginliyinin əsas cəbhələri

Müasir  beynəlxalq münasibətlər sisteminin tarixi boyunca enişli-cıxışlı olan Qərb-Rusiya əlaqələri 2021-ci ilin başından etibarən sıx və davamlı gərginliklərin yaşanması ilə diqqəti cəlb edir. 2021-cu ildə Qərb-Rusiya münasibətlərinin gərgin keçəcəyinin ilk işarəsi Rus müxalifət lideri Aleksey Navalnının 17 yanvarda  Moskvaya dönüşündə həbs edilməsiydi.[1] Navalnının həbsi Qərbin həm ABŞ, həm də Avropa cəbhəsinə ciddi tənqid və reaksiyaya səbəb oldu.[2] Yenə bu çərçivədə Qərbin Navalnıya dəstək üçün Rusiyada baş verən etiraz mitinqlərində tutduğu dəstəkləyici, hətta Rusiya rəsmilərinə görə “istiqamətləndici” mövqe də Rusiya-Qərb münasibətlərinin daha da gərginləşməsinə xidmət etdi. Hazırda Navalını üzərindən Qərb-Rusiya münasibətlərindəki gərginlik Qərb və Rusiyanın bir-birlərinə sankisya tətbiqi ilə yeni bir mərhələyə daşınmışdır.

2021-ci ildə Qərb-Rusiya münasibətlərinin gərgin keçəcəyinin ikinci işarəsi yeni seçilən ABŞ prezidenti Co Baydenin 20 yanvardakı andiçmə mərasimindəki çıxışı idi.[3]  Ardınca 4 fevralda  diplomatlar qarşısındakı çıxışında “ABŞ-ın qlobal sistemə geri döndüyünü” açıqlayan Bayden Çinlə yanaşı, Rusiyanı da rəsmi Vaşinqtonun rəqibi elan etdi.[4] Bayden Rusiya ilə münasibətlərin Tramp dövründəki kimi olmayacağını və sərt siyasi kurs seçəcəklərini bildirdi. Onun öz xarici siyasət və təhlükəsizlik komandasını ümumlikdə post-sovet coğrafiyanı tanıyan  və Rusiyaya qarşı sərt kurs tətbiq edilməsini müdafiə edən peşəkarlar arasından seçməsi də bu yanaşmanın əsas işarələrindən biri kimi qiymətləndirildi.[5] Həqiqətən də Bayden administrasiyası həm ritorika, həm də faktiki fəaliyyət olaraq Rusiyaya qarşı sərt mövqeyini Navalnı məsələsi ilə yanaşı, başda Ukrayna gərginliyi olmaqla müxtəlif məsələlərdə göstərməyə başladı. Baydenin Putini “qatil”  adlandırması, Rusiyadan isə o qədər sərt olmasa da ABŞ prezidentini lağa qoyan rəsmi açıqlama və meydan oxumalar gəlməsi də münasibətlərdə gərginliyin səviyyəsini göstərən mühüm nümunələrdəndir. İki dövlət arasında diplomatların qarşılıqlı geri göndərilməsi və “qara siyahılar” elanı ilə gərginlik yüksəlməyə davam edir. Bu məqalə yazıldığı zaman Rusiyan  düşmən ölkələr siyahısı  yayınlayaraq ABŞ-ı bu siyahının başına qoymuş və Moskvadakı xarici vətəndaşların ABŞ səfirliyində işləməsini çətinləşdirmişdi.[6] ABŞ bu addıma Moskvadakı səfirliyinin diplomatik səfərlər xaric, heç bir Rusiya vətəndaşına viza verməyəcəyini elan edərək qarşılıq verdi.

2021 ilində Qərb-Rusiya münasibətlərinin gərgin keçəcəyinin üçüncü işarəsi Ukrayna məsələsi oldu. Ukrayna məsələsi Qərb-Rusiya münasibətlərində öz önəmini SSRİ-nin dağılması sonrasında davamlı artan formada göstərmişdir. Tərəflər arasında Ukrayna məsələsi  2000-ci illərdə ən mühüm rəqabət sahələrinin başında gəlirdi. Bu illərdə Ukraynada keçirilən və əsasən də daxili siyasi böhranlarla nəticələnən prezident və parlament seçkiləri ölkə daxili güc balansı ilə yanaşı, hətta onu kölgədə qoyacaq şəkildə Qərb-Rusiya geosiyasi rəqabəti ilə izah olunurdu. Maydan hərəkatı və Kremlin yönümlü olaraq bilinən prezident Viktor Yanukoviçin Rusiyaya qaçması isə Ukrayna məsələsində yeni bir vəziyyət yaratdı. Kremlinin bu prosesə cavab olaraq  2014 ilində Krımı işğal etməsi və Donbas ilə Luqanskı Ukraynadan ayıran separatizmə fəal dəstəyi  Ukrayna mövzusunu Qərb-Rusiya münasibətlərində davamlı gərginliyi bəsləyən mürəkkəb bir məsələyə çevirdi. Aradan keçən 7 ildə Rusiyanın işğalı vı Qərbin Rusiyaya sanksiyaları fonunda problemin həlli üçün yaradılan Normandiya dörtlüyünün uğursuzluğu Ukrayna məsələsinin Qərb-Rusiya münasibətlərində davamlı gərginlik ocağı kimi qalmasına səbəb oldu. Ukrayna mərkəzli Qərb-Rusiya gərginliyi 2021-ci ildə yeni bir mərhələyə keçdi.  Belə ki, Ukrayna prezidenti Zelenksinin Donbas-Luqansk-Krım problemini “Qarabağ modeli” ilə həlli yolunda atdığı hərbi, siyasi və diplomatik addımlar Qərb tərəfindən güclü dəstəklənirkən, Kreml də cavab olaraq fevral ayında Krımda hərbi təlimlərə başladı və Ukraynada separatistləri dəstəkləyəcək formada Ukrayna sərhədinə hərbi güc yığdı.[7] Ukrayna böhranı “Donbasda yeni bir savaş”, “Rusiya-Ukrayna münasibətlərində müharibə”, “Ukraynanın NATO-ya alınması”, “NATO-Rusiya savaşı”  və “Qara dənizdə ABŞ-Rusiya hərbi qarşılaşması” kimi xəbər və analizlərlə xarakterizə edilməktəydi. Ukrayna mərkəzli Qərb-Rusiya gərginliyi Putin-Merkel və Bayden-Putin danışıqları, buna əlavə olaraq Zelenskinin Putinlə görüş təklifindən sonra atılan hərbi, siyasi və diplomatik addımlarla müvəqqəti də olsa müəyyən mənada kontrol altına alınmış kimi görünür.[8]

2021 ilində Qərb-Rusiya münasibətlərinin gərgin keçəcəyinin  dördüncü işarəsi Rusiya-Türkiyə münasibətlərində yaşanmağa davam edən yaxınlaşmadır. Dünya, Türkiyə və Azərbaycan mediası əsasən bu əlaqələrin ABŞ-Türkiyə münasibətlərinə təsirinə fokuslanıb. Halbuki bu münasibətlərin  Qərb-Rusiya əlaqələrini də gərginləşdirən mühüm bir nəticəsi daha var. Çünki başda ABŞ və NATO olmaq üzrə müxtəlif Qərb rəsmiləri Türkiyə-Rusiya münasibətlərinin dərinləşməsi və güclənməsinə qarşı olduqlarını bəyan edərkən rəsmi Moskvanı Qərbin və NATO-nun “strateji rəqibi” və hətta “strateji düşməni” kimi xarakterizə edirlər.[9] Rusiya rəsmiləri isə o qədər da yaxşı münasibətdə olmadıqları NATO-nun üzvü və ABŞ-ın müttəfiqi olmasına baxmayaraq Türkiyə ilə xüsusi münasibətlərinin olduğunu vurğulayırlar.[10] Beləcə Qərb ilə Rusiya arasında Türkiyə üzərindən ciddi bir rəqabət daha yaşanmaqdadır və 2021 ilində Türk-Rus münasibətlərində S-400 və Qarabağ mövzusu başda olmaqla müxtəlif əməkdaşlıqlar səbəbiylə bu proses güclənərək davam edəcək kimi görünür.

Qərb-Rusiya münasibətlərində rəqabət və örtülü gərginlik sahələrindən biri də Qarabağ mövzusunda yaşanmaqdadır.[11] Əsasında Qərb ilə Rusiya arasında Qarabağ mövzusunda biu rəqabətin tarixi SSRİ-nin dağılması sonrasına qədər uzanır. 1992-ci ildə yaranmasıyla birlikdə  Minsk Grubunda Qarabağ mövzusu Qərb ilə Rusiya arasında rəsmən işbirliyinin, fəqət faktiki rəqabətin sahəsi olmuşdur. Bu faktiki rəqabət özünü Qarabağ məsələsinin həllinə dair Qərb ilə Rusiyanın diplomatik vasitəçilik və  həll modeli təkliflərində özünü bariz şəkildə göstərmişdi. Fikrmizcə, Üçüncü Qarabağ müharibəsi və sonrasındakı proseslər 7  səbəblə Qərb ilə Rusiya arasında narahatçılıq  və ortülü gərginlik yaratmaqdadır. Əvvəla, Rusiya bu müharibədəki mövqeyi ilə faktiki olaraq Qərbi həll prosesindən kənarda qoymuşdur. İkinci, Rusiya öz hərbi gücünü sülhməramlı kimi tək başına bölgəyə gətirərək Qərbdə bu mənada ciddi narahatçılıq yaratmışdır. Üçüncü, Rusiya bu prosesdə Türkiyə ilə əməkdaşlıq edərək onu Qərbdən bir az daha uzaqlaşdırma fürsəti əldə etmişdir.[12] Dördüncü, Rusiya müharibədəki mövqeyi ilə Qərb yonümlü Paşinyan hakimiyyətini Azərbaycan vasitəsiylə cəzalandırmışdır. Beşinci, Qarabağ məsələsini Azərbaycanı ərazi bütovlüyü çərçivəsində  həll etməyə imkan verərək rəsmi Bakının balans siyasətində mühüm bir üstünlük əldə etmişdir. Hər nə qədər Qərb Fransa və Minks qrupu həmsədrləri formatı ilə Qarabağ ətrafındakı proseslərdə yer alma cəhdləri göstərsə də Kremlin bunun faktiki həyata keçməsində o qədər də arzulu görünmür. Baydenin Azərbaycan prezidentinə göndərdiyi Novruz bayramı təbriki qondarma soyqırımı tanıma açıqlaması və qondarma soyqırımı tanıma açıqlaması isə Cənubi Qafqazda Qərb-Rusiya rəqabətini daha da gücləndirəcək  addımlar olaraq xarakterizə edilə bilər.  ABŞ-ın bölgəyə marağını göstərən növbəti addım isə dövlət katibi Entoni Blinkenin Azərbaycan prezidentinə zəng edərək əməkdaşlığın gücləndirilməsi təklifini etməsi sayıla bilər.[13] Altıncısı, Rusiya Qarabağ savaşındakı yeni rolu ilə Şimal-Cənub koridorunda cidid təsir qazanaraq Qərbin Orta Şərqdəki mövqeyini sarsmaq üçün yeni bir strateji fürsət daha əldə etmişdir. Yeddincisi,  Rusiya Şərq-Qərb koridoru üçün strateji önəmini getdikcə artan Cənubi Qafqazda mövqeyini gücləndrərək ABŞ-Çin rəqabətində strateji alver imkanlarını gücləndirmişdir.

 Qərb-Rusiya Münasibətlərində Şərqi Avropa Cəhbəsi

2021 ilində Qərb-Rusiya münasibətlərinin gərgin keçəcəyinin növbəti və ən aktul altıncı işarəsi Şərqi Avropada yenidən artan Rusiya əleydarlığıdır.  Əslində Şərqi Avropada Rusiya əleydarlığının və bu məsələnin Qərb-Rusiya münasibətlərində gərginlik səbəbi olması yeni bir məsələ deyil. Məsələnin tarixi arxa planında hələ soyuq müharibə dövründə  SSRİ-nin 1939-da Baltık dövlətlərini işgal etməsi, ikinci dünya müharibəsi sonrasında bölgədə komunist rejimlər qurması,  1956-da Macaristana və 1968-də Çexslovakiyaya həbi müdaxiləsi və 1980-də Polşada xalq hərəkəti yatızdırmaq üçün hərbi çevriliş edən general Yaruzelskiyə dəstək verməsi kimi numunələr var. Komunst blokun dağılması sonrasında Şərqi Avropa vı Baltık ölkələrinin Avropa Birliği və NATO üzvülüyündə tarixi Rusiya təhdidi ən mühüm amillərin başında gəlirdi. Rusiya`ının 2008 tarixli Gürcistan müdaxiləsi və 2014 tarixli Krım işgali AB ittifaqı və NATO-nun Şərqi Avrupa və Baltıkdən olan üzvlərini xüsusilə narahat etdi.

Rusiya mövzusunda Qərbin əsasən sərt siyasi kurs izləməsi tərəfdarı olan bu üzvlər Bayden admistrasiyasının mövqeyindən də dəstək alaraq 2021 ilində yaşanan növbəti Ukrayna gərginliğində verdikləri açıqlamalarla öz ənənəvi yanaşmalarını ortaya qoymağa başladılar. Şəqri Avropa ölkələrindən Çexiya və Bolqarstan isə bu prosesdə xususilə fərqlənirlər. Belə ki, Çexiya  baş naziri Andrey Babiş 17 apreldə rəsmi açıqlama ilə Rusiyanı 2014 ilinin oktyabrında Vrbetitse kəndində hərbi anbarı  partlamasında əli olmaqla ittiham etdi.[14] İddialar görə, bu  anbarda Bolqarstan vastitəsiylə Ukraynaya göndərilməsi nəzərdə tutulan silah və sursatlar Rusyanın Xarici Kəşfiyyat Xidmətinin (SVR) iki agenti tərəfindən patladılmışdı. Bu patlayış iddiası üzərindən Çexiya ilə Rusya arasında diplomatların geri göndərilməsi prosesi başlamış durumdadır. Bu məqalənin yazıldığı tarixə qədər Çexiya 78 Rus, Rusiya isə 22 çex diplomatı geri göndərmə qərarı almışdı. Çexiya ölkəsindəki  Rusiya səfirliyinin həm personal  (94 əməkdaş) və ərazi baxımından çox böyük olduğunu və Moskvadakı Çex səfirliyi büyüklüyündə (24 əməkdaş)  olmasını tələb edir. Bu arada Praqa bələdiyəsi də Rusiya səfirliyinin ərazisinin bir hissəsin 1968 tarxindəki hərbi müdaxilə sırasında qanunsuz ələ keçirildiyini və geri verilməsini istəyib. Çexiya höküməti Rusiya ilə böhranda dəstək üçün NATO-dakı müttəfiqlərini təcili toplantıya çağırıb. Rusiya ilə böhranın yaşandığı  günlərdə Çexiyada Ukraynada sepratistlər tərəfindən vuruşmaq üçün gedən 5 nəfər həbs edilib. Rusiya Çexiyanın bu ittihamlarını rədd edib və Moskva ilə bu üslubun nəticə verməyəcəyini elan edib.

Rusiya ilə Çexiya arasında partlayış gərginliyinin baş vermə zamanı da maraqlıdır. Belə ki, bohrandan qısa müddət öncə, yəni 29 mart tarixində Çexiya hökuməti Rusya dövlət şirkəti  “Rosatom”a  Dukovanı AES-inin yeni blokun inşası ilə bağlı tenderdə iştirakına icazə verib.[15] 6 milyard dolarlıq tenderdə  Cənubi Koreya, Fransız və Amerkan-Kanada şirkətləri də iştirak edir. Rusiya-Çexiya gərginliyi ərzində  “Rosatom”un bu tenderdə iştrak etmə icazəsi ləğv edildi. Bundan başqa çex enerji şirkəti ČEZ Temelin AES-i üçün “Rosatom” alt şirkəti TBEL-dən 10 il ərzində nüvə yanacağı satın almağı nəzərdə tutan müqaviləni ləğv edib.[16]

Qərb ilə Rusiya arasında Şərqi Avropa gərginliyi Çexiya ilə məhdud qalmayıb. Belə ki, başda Slovakiya və Baltık ölkələri olmaq üzrə bəzi Avrupa Birliyi üzvləri də Çexiyaya dəstək üçün müxtəlif sayda Rus diplomatlını “persona non grata”  elan ediblər.  28 apreldə 2021 tarixində isə Bolqaristan Prokurorluğu Lovnı Dol (2011), Iganov (2015) və Maglij (2020) hərbi anbarlarındakı patlayışılarda 6 Rus vətəndaşını ittiham edib.[17] 29 apreldə Bolqaristan 1 Rus diplomatı bu səbəblə “persona non grata” elan edib. İddialara görə, qeyd edilən anbarlarda olan və Gürcstan ilə Ukraynaya satılması nəzərdə tutulan silah və hərbi sursatlar Rusiya kəşfiyyatı tərəfndən patladılıb.

Qərb ilə Rusiya arasında bu rəqabətin Orta Şərq, Orta Asiya və Şimalı Latın Amerkası kimi istiqamətləri də var. Ancaq hazırda ən gərgin rəqabətin  yuxarıda  qeyd edilən istqamətlərdə yaşandığı müşahidə edilməkdədir.

 ABŞ-ın Rusiya Stratejisi

Bir tərəfində Qərb adına ABŞ-ın liderliyin etdiyi, digər tərəfində  Rusiyanın olduğu bu gərginliyin isə qlobal güc mübarizəsi və beynəlxalq sistemin transformasiyası ilə yaxın əlaqəsi var. Belə ki, qlobal siyasətin strateji ağırlıq mərkəzi Avro-Atlantik hövzəsindən Asiya-Sakit okean hövzəsinə doğru transformasiya edir. Bu 1648 ilindən etibarən Qərb tərəfindən qurulan və qaydaları əsasən onun tərəfindən müəyyənləşdirilən müasir beynəlxalq münasibətlər sisteminin ciddi formada  dəyişməyə başlaması deməkdir. Buna uyğun olaraq bütün qlobal dövlətlər və regional guclər öz xarici siyasət siyasətlərinə ciddi düzəliş və yeniliklər edirlər. Bu həm də Afro-Avrasiya coğrafyasında yeni guc balansı ve ittifaq axtarışlarını gündəmə gətirməkdədir.  ABŞ liderliyindəki Qərb ilə Rusiya da bu yeni qlobal güc balansının ən mühüm aktyorlarındandır.

Qərb-Rusiya arasındakı gərginliyinin  2021 ilində daha gərgin bir aşamaya keçməsinin isə əsas səbəbi isə ABŞ-ın Rusiya ilə münasibətlərdə Baydenin də vurğuladığı kimi yeni və daha sərt bir kurs seçməsidir. Bayden admistrasiyasının bu kursu seçməsinin isə statejik, ideolojik-siyasi və müəyyən mənada şəxsi səbəbləri var.

Bayden admistrasiyasının Rusiya siyasətində balansı yenidən saxlamaq üçün sərt kursu seçməsinin strateji səbəbi 2008 ilindən bəri Kremlin karşısında geosiyasi mənada geriləməsidir. 1989 ilindən etibarən Rusiya önündə davamlı strateji irəlləmə gerçəkləştirən ABŞ-ın son 13 ildir ciddi gerləmə yaşadığı müşahidə edilməkdədir. Bu geriləmənin ilk mərhələsi post sovet coğrfayasında Gürcüstan və Ukraynanın NATO üyeliğine alınması prosesinin dayanmasıydı.[18] Bu prosesi Rusiyanın Gürcistan və Ukrayan müdaxilələri izlədi.[19] Keçdiyimiz 13 il ərzində post sovet coğrafiyada, Avropa Birliyində, Turkiyə ilə münasibətlərdə, Orta Şərqdə və hətta Venezulada Rusiyanın ABŞ-a qarşı strateji balansı öz lehinədə dəyişdrəcək uğurlu həmlələr etdiyini müşahidə etdik. Üstəlik Rusiyanın ABŞ prezident seçimlərin nəticələrinə müəyyən edici təsir göstərəcək qədər fəal olduğu ABŞ milli təhlükəsizlik hesabatlarında da yer aldı.[20] Yeni ABŞ admistrasiyası həm Obama, həm Tramp dövründə Rusiya ilə münasibətlərdə tətbiq edilən yumuşaq kurs siyasətinin uğursuzluğu səbəbiylə vəziyyəti ABŞ lehinə dəyişmək üçün  sərt mövqe stratejisini mənimsəmiş görünür.

Bayden admistasiyasının Rusiyaya qarşı sərt syasi kurs izləməsininin ideoloji-siyasi səbəbi isə iki əsas amillə izah edilə bilər. Əvvəla, ənənəvi olaraq ABŞ-da Demokrat partiya  xarici siyasətdə Respublikaçılarla müqayisədə  demokratiya, insan hüquqları, azadlıqlar və hüquq mövzusuna daha çöx önəm verməkdədir. Bu çərçivədə  Demokrat Bayden admistarsiyasının getdikcə daha da avtoritarlaşan Rusiyaya qarşı daha sərt reaksiya göstərməsi ideoloji baxımdan da anlaşılandır. Siyasi baxımdan Demokrat Bayden admistrasiyasında Rusiyanın 2016-dakı prezident seçkilər müdaxilə edərək Demokratların məğlubyyətinə səbəb olduğu  qənaəti hakimdir. Bu da yeni admistarsyanı Rusiyaya qarşı sərt mövqe tutmasını şərtləndirən siyasi səbəbdir.

Yeni ABŞ admistrasyasının  Rusiyaya qarşı sərt siyas kurs seçməsini prezident Bayden və komandasının Obama dövründəki şəxsi təcrübələrinin də rolu var. Belə ki, Co Bayden Obama dövründə 8 il  (2009-2017) boyunca vitse-prezident kimi Rusiya ilə qarşılıqlı münasibətlərin inkişafını nəzərdə tutan “reset” siyasətinin uğursuzluğunu  başda Gürcüstan və Ukrayna olmaqla müxtəlif numunlərdə şəxsən görüb. Baydenın  milli təhlükəsizlik və xarici siyasət komandası da eyni təcrübəni Obama admistrasiyası dövründə olduqları müxtəlif vəzifələrdə şəxsən yaşayıblar. Bayden də Rusiya lideri Putindən xoşlanmadığını öz ritorikasında tez-tez əks etdirir. Ən son bir TV verlişlərinin birində Rusiya prezidentini “qatil” adlandırması da bunun bariz numunlərindən sayıla bilər.

Bayden admistrasiyasının  sərt Rusiya kursunun strateji hədəfi isə son illər NATO da daxil olmaqla müxtəlif Qərb qurumlarında baş verən  pərakəndəliyi Rusiya təhlükəsi üzərindən yenidən səfərbər etməkdir. ABŞ soyuq müharibə dövründə, hətta sonrasında öncə Sovet, sonra da Rusiya təhlükəsi üzərindən Qərb dövlətlərini  həm NATO və AB kimi qurumlar, həm də iki tərəfli münasibətlər üzərindən öz liderliyndə səfərbər etməyi bacarmışdı. Kremlinin həm tarixi, həm də günümüzdə Avropada və post-sovet coğrafiyada atdığı iddialı addımlar və buna həmin bölgələrdən verilən neqativ reaksiyalar da  ABŞ üçün Avropakı güc səfərbərlyində  Çinlə müqayisədə Rusiya amilinin çox daha önəmli olduğunu göstərməkdədir. Bayden admistrasiyasının  sərt Rusiya kursu Kremlinə qarşı cıxmağa çalışan Şərqi Avropa və post sovet dövlətlərini daha da cəzarətləndirkən, Almaniya, Fransa və Türkiyə kimi ənənəvi müttəfiqləri də Kremlinlə münasibətlərdə daha da diqqətli davranmağa, hətta bəzi yaxınlaşma addımlarından vazkeçməyə sövqedir. Öz novbəsində sərt Rusya siyasəti ABŞ-ın başda Almaniya və şərqi Avropa olmaqla Avropadakı hərbi və siyasi gücünü  həm ikili, həm də NATO və AB uzərindən qoruma və gücləndirmə  imkanı yaradır.  Yenə bənzər şəkildə xüsusilə post-sovet ölkələrin bir hissəsinin də bu istaqamətdə ABŞ ilə münasibətlərini gücləndirməsinə xidmət edir.   Bayden admistrasiyasının  sərt kursu son dövrlər  Rusiya daxili və xarici siyasətində yaşanan sarsıntıları daha da dərinlışdirməyi də amaçlayır.

Ancaq digər tərəfdən, Baydenin sərt kursu ciddi geosiyasi risqlər də yaratmaqdadır. Əvvəla,  qlobal mənada bu sərt kurs Rusiya ilə Çin münaisbətlərini daha da güclənməsinə xidmət edəcək və artıq hər iki ölkədən bu barədə müəyyən məsajlar gəlməkdədir. İkincisi, bu sərt siyasi kurs ABŞ-ın Almaniya, Fransa vəya Türkiyə kimi ölkələrlə münasibətində ciddi problemlər yarada bilər.  Üçüncüsü bu sərt siyasi kurs regonal mənada Şərqi Avropa post sovet coğrafiya yeni gərginliklər  yaratmağa və mövcudları dərinləşdirmə təhlükəsi daşıyır.

[1] “Russia Navalny: Poisoned opposition leader held after flying home”, 17 yanvar 2021,  https://www.bbc.com/news/world-europe-55694598 .  Aleksey Navalnı hadisəsi barədə ətraflı məlumat üçün baxın: https://navalny.com/

[2] Vladimir Frolov, “How Russia Deals With the West After Navalny’s Jailing”, 10 fevral 2021 ,  https://www.themoscowtimes.com/2021/02/10/how-russia-confronts-the-west-post-navalny-a72886

[3] “Inaugural Address by President Joseph R. Biden, Jr.”, 20 yanvar 2021,  https://www.whitehouse.gov/briefing-room/speeches-remarks/2021/01/20/inaugural-address-by-president-joseph-r-biden-jr/

[4] “Remarks by President Biden on America’s Place in the World”, 4 fevral 2021, https://www.whitehouse.gov/briefing-room/speeches-remarks/2021/02/04/remarks-by-president-biden-on-americas-place-in-the-world/

[5]Andrey Sushentsov , “Team Biden’s Russian Policy: Major Differences From Trump’s Strategy”, 1 aprel 2021,

https://valdaiclub.com/a/highlights/team-biden-s-russian-policy-major-differences-from/ ; Joshua Kucera , “Will Biden take on neglected Caucasus and Central Asia?”, 13 yanvar 2021,  https://eurasianet.org/will-biden-take-on-neglected-caucasus-and-central-asia; Eugene Rumer,  Andrew S. Weıss,  “Back to Basics on Russia Policy”, 9 mart 2021, https://carnegieendowment.org/2021/03/09/back-to-basics-on-russia-policy-pub-84016

[6] “В Кремле оценили решение посольства США не выдавать неиммиграционные визы”, https://ria.ru/20210430/posolstvo-1730669481.html

[7] “Russian Troop Movements and Talk of Intervention Cause Jitters in Ukraine”, 9  aprel 2021, https://www.nytimes.com/2021/04/09/world/europe/russia-ukraine-war-troops-intervention.html?action=click&module=RelatedLinks&pgtype=Article

[8] “Zelensky invites Putin to meet in Donbas”, 21 aprel 2021, https://www.ukrinform.net/rubric-polytics/3231886-zelensky-invites-putin-to-meet-in-any-part-of-ukrainian-donbas-where-war-is-ongoing.html

[9] Galip Dalay, “US-Turkey relations will remain crisis-ridden for a long time to come”, 29 yanvar 2021,  https://www.brookings.edu/blog/order-from-chaos/2021/01/29/us-turkey-relations-will-remain-crisis-ridden-for-a-long-time-to-come/ ; Amanda M. Macıas,  “U.S. sanctions Turkey over purchase of Russian S-400 missile system”,  14 dekabr 2021,  https://www.cnbc.com/2020/12/14/us-sanctions-turkey-over-russian-s400.html ; Max Hoffman, 19 yanvar 2021, “Flashpoints in U.S.-Turkey Relations in 2021”, https://www.americanprogress.org/issues/security/reports/2021/01/19/494738/flashpoints-u-s-turkey-relations-2021/ ; Gülnur Aybet, “Turkey–US Relations: Where Now?”,  30 aprel 2021, https://rusi.org/commentary/turkey%E2%80%93us-relations-where-now

[10] “Лавров: членство Турции в НАТО не является проблемой в отношениях с Россией”,  4 dekabr 2020, https://tass.ru/politika/10176547 ; Dimitar Bechev, “Turkey’s Tightrope Between Russia and the United States”, 14 aprel 2021, https://www.themoscowtimes.com/2021/04/14/turkeys-tightrope-between-russia-and-the-united-states-a73591

[11] Matteo Gemolo, “The Silence of the West in Nagorno-Karabakh”, 9 dekabr 2020,  https://eeradicalization.com/the-silence-of-the-west-in-nagorno-karabakh/ ;  Anna Ohanyan, “Russia and the West Still Need Each Other in Nagorno-Karabakh” 24 noyabr 2020,  https://carnegieendowment.org/2020/11/24/russia-and-west-still-need-each-other-in-nagorno-karabakh-pub-83295 ; Robert M. Cutler, “The Second Karabakh War and Western Strategic Thinking”, 5 yanvar 2021,  https://www.wilsoncenter.org/blog-post/second-karabakh-war-and-western-strategic-thinking; Muhıttın Ataman, “Pro-Armenian West is net loser of 2nd Karabakh war”, 18 noyabr 2020, https://www.dailysabah.com/opinion/columns/pro-armenian-west-is-net-loser-of-2nd-karabakh-war

[12] Daria Isachenko, “Turkey–Russia Partnership in the War over Nagorno-Karabakh”, SWP Comment 2020/C 53, November 2020, https://www.swp-berlin.org/10.18449/2020C53/

[13] “ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir”, 28 aprel 2021,  https://president.az/articles/51323

[14]“Посол отсюда. Чего на самом деле добивается Чехия от России”, 08:00 23.04.2021,   https://ria.ru/20210423/chehiya-1729520962.html

[15] Премьер Чехии считает, что Росатом не допустят к тендеру на достройку АЭС “Дукованы”,  18.04.2021, https://tass.ru/ekonomika/11182473?utm_medium=referral&utm_source=lentainform.com&utm_campaign=lentainform_exchange&utm_term=1283473&utm_content=9245251

[16] “Посол отсюда. Чего на самом деле добивается Чехия от России”, 08:00 23.04.2021,   https://ria.ru/20210423/chehiya-1729520962.html

[17] “Timeline: What Sparked a Slew of Russian, Czech and Bulgarian Diplomatic Expulsions?” https://www.themoscowtimes.com/2021/04/29/timeline-what-sparked-a-slew-of-russian-czech-and-bulgarian-diplomatic-expulsions-a73772

[18] “NATO: No MAP For Georgia Or Ukraine, But Alliance Vows Membership”, 3 aprel 2008, https://www.rferl.org/a/1079726.html

[19] Jim Nichol, “Russia-Georgia Conflict in August 2008: Context and İmplications for US Interests”, 3 mart 2009,  https://fas.org/sgp/crs/row/RL34618.pdf; Anthony Ramicone və digərləri “The Ukrainian Crisis”, may 2014, https://iop.harvard.edu/sites/default/files_new/research-policy-papers/NatsecUkraine2014.pdf; Michał Woźniak, “The Ukraıne Crısıs And Shıft In Us Foreıgn Polıcy”, International Studies Interdisciplinary Political and Cultural Journal,  cild 18, sayı 2, dekabr 2016, https://www.researchgate.net/publication/315370996_The_Ukraine_Crisis_and_Shift_in_us_Foreign_Policy  , ss.87-102.

[20] (U)Report Of The Report 116-Xx Select Committee On Intelligence United States Senate On Russian Active Measure; Campaigns And Interference In The 2016 U.S. Election, Volume 2: Russia’s Use Of Social Media With Additional Views,  https://www.intelligence.senate.gov/sites/default/files/documents/Report_Volume2.pdf ; Catherine A. Theohary və Cory Welt, “Russia and the U.S. Presidential Election”, January 17, 2017 (IN10635), https://fas.org/sgp/crs/natsec/IN10635.pdf ; “Foreign Threats to the 2020 US Federal Elections”, 10 mart 2021, Intelligence Community Assessment,   https://www.dni.gov/files/ODNI/documents/assessments/ICA-declass-16MAR21.pdf

Dr. Nazim Cəfərsoy