Amerika

Rusiya-Ukrayna müharibəsinin gələcəyinə dair

Pinterest LinkedIn Tumblr

Rusiyanın Ukrayna ərazilərini işğalı ilə başlayan müharibənin davam etməsi və dağıdıcı təsirlərini artırması ehtimalı yüksək olaraq qalır.

Bunu ABŞ ordusunun Baş qərargah rəisi Mark Milli də son açıqlamasında (NATO Müdafiə nazirlərinin toplantısından sonrakı mətbuat konfransında) qeyd edir: “Hərbi nöqteyi-nəzərdən mən hələ də müdafiə edirəm ki, bu il üçün Rusiya qüvvələrini bütün Ukraynadan və ya Rusiya tərəfindən işğal olunmuş Ukrayna ərazilərindən hərbi yolla çıxarmaq çox və çox çətin olacaq.” Mark Milli əlavə edib ki, “tarixdəki bir çox müharibə kimi bu müharibə də danışıqlar masasında bitəcək.”

Müharibənin 2024-cü ilə keçməsi mütləq variant deyil. Tərəflərdən birinin (xüsusilə Rusiyanın) daxilində baş verə biləcək hansısa bir proses, Rusiyanın ya da Ukraynanı dəstəkləyən qüvvələrin (xüsusilə ABŞ-ın) xarici siyasətdə başqa istiqamətdə qarşılaşa biləcəyi daha ciddi başqa problem “danışıqlar masası” variantını gücləndirə ya da Ukraynadakı müharibənin şiddətini azalda bilər. Amma hazırkı şərtlərdə müharibənin uzanması ehtimalı bu səbəblərə görə daha yüksəkdir:

– Rusiya işğal etdiyi Ukrayna ərazilərini “uzunmüddətli strateji qazanc” kimi gördüyü üçün

– Ukrayna təbii olaraq öz ərazilərini işğaldan azad etmək istədiyi üçün

– Hər iki tərəf hazlrda dayanmağı verdikləri qurbanların ruhuna xəyanət kimi gördükləri üçün

– ABŞ bu prosesi Ruriyanın enerjisini udan, Avropalıları təzyiq altında saxlayan və ABŞ-a yaxınlaşmağa məcbur edən amil kimi gördüyü üçün

– Ukrayna və Rusiya münaqişələrin dayanması üçün vacib olan “bezmişlik” mərhələsinə hələ gəlib çatmadıqları üçün və s.

Təbii ki, başqa məqamlar da mövcuddur. Amma bu məqamlar daha təsirlidir.

 

Araz Aslanlı