Araşdırmalar

Naxçıvan müqaviləsinin 15-ci ildönümündə Türk Dövlətləri Təşkilatı mövzusunda tədbir keçirilib

Pinterest LinkedIn Tumblr

Oktyabrın 3-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində “Naxçıvan müqaviləsinin 15-ci ildönümündə Türk Dövlətləri Təşkilatı” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Beynəlxalq Konfransda “Türk Dövlətləri Təşkilatı coğrafiyasında geosiyasi dəyişikliklər və Türk Dövlətləri Təşkilatı”, “Təhlükəsizlik sahəsində əməkdaşlıq”, “İqtisadi və ticarət əlaqələri” və “Enerji və nəqliyyat sahəsində əməkdaşlıq” mövzularında panel iclasları təşkil edilib.

Konfransda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Kuzey Kıbrıs Türk Cumhuriyyəti, Macarıstan və Türkiyədən nüfuzlu alim və ekspertlər iştirak edib.

Tədbirdə QAFSAM sədri Dr. Araz Aslanlı və QAFSAM-ın sədr müavini Dr. Nazim Cəfərsoy məruzə ilə çıxış edib.

QAFSAM