Avropa

AVROPADA ADİ SİLAHLI QÜVVƏLƏR MÜQAVİLƏSİ (AASQM) VƏ RUSİYA

Pinterest LinkedIn Tumblr

AVROPADA ADİ SİLAHLI QÜVVƏLƏR MÜQAVİLƏSİ (AASQM) VƏ RUSİYA
Nazim Cəfərsoy*
13 iyul 2007-ci il tarixində Rusiya prezidenti Vladimir Putin ölkəsinin Avropada Adi Silahlı Qüvvələr Müqaviləsində (AASQM) iştirakını dayandırdığını elan edən sərəncam imzaladı. Putinin bu qərarı Rusiya və Qərb arasında ziddiyətləri daha da kəskinləşdirən yeni bir hadisə olaraq qiymətləndirildi. Bu qısa yazıda AASQM-nin Avropa təhlüksizliğindəki yeri, Rusiya və NATO arasındakı bu mövzudaki ziddiyətlərin mahiyəti, Rusiyanın müqavilədə iştirak qərarının Avropa təhlükəsizlik sisteminə və Qafqaza, xüsusilə də Azərbaycana mümkün təsirləri qiymətləndiriləcəkdir.              
AASQM nədir?
Avropada Adi Silahlı Qüvvələr Müqavilǝsi (AASQM) NATO-ya üzv 16 vǝ Varşava Müvaqilǝsi Tǝşkilatına (VMT) üzv olan 6 ölkǝ tǝrǝfindǝn 19 noyabr 1990-cı ildǝ Parisdǝ imzalanmış vǝ 1992-ci ilin 9 noyabrında qüvvǝyǝ minmişdir. Müqavilǝ iki blok arasında soyuq müharibǝnin qurtardığını elan edǝn vǝ Avropadakı tǝhlükǝsizlik sistemini yumuşayan yeni şǝrtlǝrǝ uyğun şǝkildǝ yenidǝn formalaşdıran mühüm sǝnǝdlǝrdǝn biri idi. AASQM-nin mǝqsǝdi Avropada tǝhlükǝsizliğin güclǝndirilmǝsi vǝ sabitliğin qorunması üçün iki hǝrbi-siyasi blok arasında adi silahlar baxımından müǝyyǝn bir tarazlıq yaratmaqdı. Müqavilə Atlantik okeandan Ural dağları məkanına qǝdǝr yerləşən dövlətlərin quru ərazisindəki adi silahların kvotasını dört bölgǝyǝ ayıraraq tənzimləmǝkdǝdir. Bu mǝqsǝdǝ uyğun olaraq AASQM ilǝ beş növ adi silah üzrǝ (tank, zirehli hǝrbi texnika, artilleriya qurğuları, hərbi təyyarǝ və hücum vertolyotları) iki tǝrǝf arasında silahların sayı iki dǝfǝyǝ qǝdǝr ixtisar edilmiş vǝ tǝrǝflǝrǝ aşağıdakı kvotaları qoyulmuşdur: 

Avropada Adi Silahlı Qüvvələr Müqavilǝsinǝ görǝ güclǝr nisbǝti (1990-cı il)
  Tank Zirehli hǝrbi texnika  Artilleriya qurğusu hərbi təyyarǝ hücum vertolyotu
NATO
20 000 30 000  20 000 6 800 2 000
VMT 20 000 30 000 20 000 6 800 2 000
SSRİ-nin payı 13 150 20 000 13 175 5150 1500
Ancaq bu müqavilǝnin imzalanmasından qüvvǝyǝ minmǝsinǝ qǝdǝr keçən müddǝt ǝrzindǝ imza atan tǝrǝflǝrin VMT cǝphǝsindǝ Avropada bu müqavilǝnin dayandığı hǝrbi siyasi tarazlığı pozan ciddi dǝyişikliklǝr baş verdi. Bu tarazlığın pozulacağınıın ilk işarǝsi hǝlǝ 1990-cı ilin oktyabında iki Almaniyanın (ADR və AFR) birlǝşmǝsi ilǝ verilmişdi. Bunun ardınca daha ciddi prosseslǝr cǝrǝyǝn etdi. Əvvǝla, 1991-ci ilin iyulunda VMT hǝrbi-siyasi blok kimi  özünü lǝğv etdi. İkincisi isǝ, 1991-ci ilin dekbarında SSRİ-inin dağılması oldu. Bundan başqa, 1993-cü ildə Çexoslovakiyanın Çexiya və Slovakiyaya bölünməsi, həmçinin 1999-cu ilin aprelində keçmiş VMT üzvü üç ölkənin (Polşa, Çexiya və Macarıstan) NATO-ya qəbulu müqavilə ilə bağlı yeni vəziyyət yaratdı. Rusiya baxımından vǝziyyǝti xüsüsiylǝ tǝhlükǝli hala çatdıran amil Çeçenistan mǝsǝlǝsiydi. 1990-cı il tarixli AASQM öhdǝliklǝri vǝ bu kvotaların SSRİ mirasçısı dövlǝtlǝr arasında paylaşdırılmasını nǝzǝrdǝ tutan 15 may 1992-ci il tarixli Daşkǝnd müqavilǝsi Rusiyanın Şimali Qafqazdakı hǝrbi imkanlarının ciddi şǝkildǝ mǝhdudlaşdırmışdı. (müqavilə verilərini bura qoy) Bir sözlǝ AASQM­-nin cinah öhdǝliyi hǝm siyasi vǝ xüsusiylǝ dǝ hǝrbi baxımından Rusiyanın Çeçenistana qarşı hǝrbi-siyasi mübarizǝsinin qarşısında böyük maneəyə çevrilmişdi. 
Meydana gələn yeni şǝrtlǝr vǝ Rusiyanın etirazları ATƏT-in 1999-cu ildəki  İstanbul sammitindǝ AASQM-nə yenidǝn baxılması ilǝ nǝticǝlǝndi. Yeni reallıqlara uyğunlaşdırılmış müqavilənin yekun variantı 1999-cu il noyabrın 19-da İstanbulda 30 ölkə (o cümlədən keçmiş SSRİ-dən Rusiya, Ukrayna, Belorusiya, Moldova, Gürcüstan, Azərbaycan, Ermənistan, Qazaxıstan) tərəfindən hər ölkəyə ayrı ayrı kvota müəyyənləşdiriləcək  şəkildə imzalandı. 

Avropada Adi Silahlı Qüvvələr Müqavilǝsinǝ görǝ güclǝr nisbǝti (1999-cı il)
  Tank Zirehli hǝrbi texnika  Artilleriya qurğusu hərbi təyyarǝ hücum vertolyotu
NATO 22 424 36 570 23 137 8038 2509
Rusiya  6400 11 480 6415 3416 890
Bu müqavilənin Rusiya baxımından ən əhəmiyyətli cəhəti  şimal-qərb (Baltik) və cənub (Şimali Qafqaz) cihahlarrında silah kvotalarının artıırılması oldu. Ancaq İstanbul sammitində Rusiyanın Moldova və Gürcistandakı hərbi bazalarını çıxartma öhdəliyini götürməsi və buna tam mənasıyla əməl etməməsi Rusiya və Qərb arasında AASQM-nin yeni variantına dair  mübahisələri kəsmək yerinə daha da alovlandırdı. Rusiya (o cümlədən Belorusiya, Ukrayna və Qazaxıstan) yeniləşdirilmiş AASQM-ni ratifikasiya etdilər, ancak NATO ölkələri Rusiyanın Moldova və Gürcistanla bağlı öhdəçiliklərini həyata keçirmədiklərini səbəb göstərərək müqaviləni hələdə ratifikasiya etməmişdirlər.          
Rusiyanın  AASQM-dən çıxma qərarı 
Rusiya və NATO arasında AASQM-inin səbəb olduğu ziddiyyətlər prezident Vladimir Putinin 13 iyul 2007 tarixində imzaladığı sərəncamla yeni bir mərhələyə keçmişdir. Sərəncamla “ölkə təhlükəsizliyinə toxunan xüsusi səbəblərlə əlaqədar olaraq” Rusiyanın AASQM-ində və bu müqaviləylə əlagəli beynəlxalq sazişlərdə (3 noyabr 1990 tarixli Budapeşt  müqaviləsi, 15 may 1992 tarixli Daşkənd müqaviləsi, 31 may 1996 tarixli Vyana toplantısının Cinah Sənədi və 19 noyabr 1999  tarixli İstanbul Müqaviləsi) iştirakının dayandırıldığı elan edilmişdir. AASQM şərtlərinə görə, üzv olan ölkənin müqavilədə iştirakını dayandırabilməsi üçün 150 əvvəldən bunu elan etməsi gərəklidir. Bu şərtlər altında Putinin sərəncamı bu müddəti rəsmi şəkildə başlatdı. 
Əslində hələ 1993-ci ildən bu yana AASQM mövzusunda etirazlar edən, hətta Qərblə ziddiyətlərin kəskinləşdiyi dövrlərdə müqavilədə iştirakını dayandıracağı tezisini təzyiq vasitəsi kimi istifadə edən Rusiyanın xususiylə Putin dövründə belə bir qərar verəcəyi çox da gözlənilməz olmadı. Çünkü Rusiya Putin zamanında AASQM mövzundaki etirazlarını Avropada öz təhlükəsizliyini təhlükəyə atdığını düşündüyü hər fürsətdə elan etməkdəydi. Bu etirazların bri nəticə vermədiyini görən Rusiya bu ilinin fevral ayında Xarici İşlər Nazirliyinin notası və apreldə də Putinin Dumadakı ənənəvi illik çıxışında AASQM-ində iştirakını dayandıra biləcəyini bildirmişdi. Ancaq burda maraq doğuran sual Rusiyanın niyə məhz indi bu qərarı və hansı amaclarla almasıdır?
Putinin sərəncamında  bu qərarın rəsmi səbəbləri kimi NATO-ya üzv Şərqi  Avropa ölkələrinin AASQM öhdəliklərini yerinə yetirməməsi, ABŞ-ın Bölqaristan və Ruminiyada hərbi qüvvələr yerləşdirməsi, bəzi dövlətlərin İstanbul müqaviləsini hələ də ratifikasiya etməməsi, Baltik ölkələrinin  AASQM-inə üzv olmamasının Rusiyanın şimal-qərb zonası üçün ortaya çıxardığı təhlükələr göstərilməkdədir. Sərəncamda Rusiya bu qayğılarının AASQM-ə üzv dövlətlərin  2007 ilinin 12-15 iyun tarixlərində Vyanada keçirdikləri fövqələdə konfransda da həll edilmədiyi qeyd edilməkdədir. Qərarın alınmasında açıq söylənən rəsmi səbəblərlə yanaşı, MDB məkanındakı inqilablar dalğası və bunun sonucunda Ukrayna və Gürcüstanın NATO üzvülüyü məsələsinin daha da aktuallaşması, qurulduğu tarixdən bu yana post-sovyet məkanında Rusiyaya qarşı tarazlıq amili kimi qiymətləndirilən GUAM-ın fəallaşması kimi amilləri də saymaq olar. Burada xusüsiylə qeyd edilməli olan məsələ isə Rusiyanın bütün etirazlarına və hətta Qəbələ RLS-i çərçivəsində əməkdaşlıq təklifinə baxmayaraq ABŞ-ın Polşa və Çexiyada Raket Əleyhinə Müdafiə (RƏM) sistemi qurma planını təkidlə həyata keçirmək istəməsidir. ABŞ rəsmi şəkildə bu RƏM sisteminin İrandan gələn raket  hucumundan müdafiə üçün zəruri  olduğunu bildirsə də, Rusiya bunun öz təhlükəsizliyinə birbaşa təhdid hesap etməkdədir. 
Rusiyanin AASQM-ində iştirakını dayandırma qərarını öz təhlükəsizliği üçün təhdid saydığı  bu təhlükələri aradan qaldırmaq üçün NATO və ABŞ qarşısında bazarlıq gücünü artıran diplomatik bir manevra olarak qiymətləndirəbiləriz. Bu çərçivədə Rusiya müqavilənin icrasının dayandırılmasının dialoqun tam dayandırılması mənasına gəlmədiği ancaq bu diyaloğun bəzi şərtlərlə mümkünlüğünü elan etmişdir. Rəsmi Moskvaya görə, AASQM-in mövcud eytiyaclara tam cavab verəbilməsi üçün Latviya, Litva və Estonyanın da bu müqaviləni imzalaması, genişləməsiylə artan  təhdit təhlükəsini tarazlamaq üçün NATO ölkələrindəki əlaqadar silah və hərbi texnika kvotalarının miqdar və qabliyyətlərinin azaldılması, Rusiyanın cinah məhdudiyətlərinin ləğvedilməsi və bütünlükdə sənədin müasirləşdirilməsi üçün çalışmaların başlaması lazımdır. 
Bütün tənqidlərinə baxmayaraq Rusiyanın,   Avropada yeni bir silahlanma yarışını başladılması mənasına gələn AASQM-nin ləğvində maraqlı olmadığını deyəbiliiz. Əvvəla, Qərbə qarşı yeni bir silahlanmaya yarışına girmək bir yandan Rusiya sərhədlərində təhlükə mənbələrinin daha da güclənməsinə xidmət eder. İkincisi, elə mövcud daxili iqtisadi və hərbi potensiali da bu siahlanma yarışından Rusiyanın daha zərərli çıxacağını söyləməyə əsas verməkdədir. Ancak bu risqlərə baxmayaraq bəzi Rus mütəxəssislər Qərblə AASQM mövzusunda  razılığa gəlinməməsi halında ülkə təhlükəsizliğini gücləndirmək üçün Kalininqrada İskəndər-M tipli raket yerləşdirməyi, Baltik hərbi donanmasının, Şimalı Qafqaz hərbi dairəsinin, Pskov hərbi desant diviziyasını gücləndirməyi təklif etməkdədirlər.   
Rusiyanın müqavilədə iştirakını dayandırma qərarına ölkə içindəki Dumadan və müxtəlif siyasi partiyalardan  dəstək verilmiş olsa da, NATO, ABŞ və AB üzvlərindən qarşı reaksiyalar verilmişdir. NATO-nun resmisi Ceyms Appaturay Rusiyanın müqavilədən çıxmaq qərarından təəssüfləndiklərini  bildirərək, bunu «yanlış istiqamətdə atılmış addım» adlandırmışdır. Appaturay NATO-nun müqaviləni Avropada sabitliyin «təməl daşı» sayıdığını, mümkün olan tez bir zamanda bütün  tərəfdaş ölkələr tərəfindən ratifikasiyasını arzu etdiğini ifadə etmişdir. ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmisi Qordon Condroe də Rusiyanın bu qərarından narahat olduqlarını və bu mövzuda Ruslarla müzakirələri davam etdirəcəklərini bildirmişdir. Bundan başqa, Böyük Britaniya, Fransa, Polşa kimi ölkələr də Rusiyanın bu qərarından narahatçılıqlarını açıqlamışlardır. NATO və ABŞ rəsmilərinin açıqlamaları ilə eyni zamanda AASQM mövzununda diyaloğa hazır olduqlarını göstərməkdədir.                         
Rusiyanın AASQM qərarı və Qafqaz
Rusiyanın AASQM-də iştirakını dayandırması gərarı Qafqaz və Azərbaycanın təhlükəsizliğinə birbaşa təsir edərək  bəzi təhlükə və üstünlüklər yaratmaqdadır. Qafqaz bölgəsiylə bağlı AASQM öhdəlikləri ilk dəfə hələ 1990 tarixli müqavilədə yer almışdır. Bu müqavilənin 5-ci maddəsi SSRİ-nin Leninqrad, Odessa, Şimalı Qafqaz və Zaqafqaziya hərbi dairələrində cinah zonaları kimi gəbul edərək buradaki ümumi kvotaları 4700 tank, 5900 zirehli hərbi texnik və 6000 artileriya qurğusu şəklində müəyyənləşdirmişdi. SSRİ-nin dağılması ilə bu hərbi dairələrdən Şimalı Qafqazda Rusiyanın cənub cinahı kimi 15 Mayıs 1992 tarixli Daşkənd Müqaviləsinə uyqun olaraq AASQM kvotaları tətbiq edilməyə başlandı. Buna görə, Rusiyanın Şimalı Qafqazdakı kvotası 700 tank, 580 zirehli hərbi texnika və 1280 artileriya qurğusu şəklində müəyyən edilmişdir. Rusiyanın xususilə cinahlar mövzusundakı etirazları nəticəsində 19 Noyabr 1999 tarixli İstanbul Müqaviləsi ilə yenilən AASQM ilə Şimalı Qafqazdakı kvotalar  1 300 tank, 2140 zirehli hərbi texnika və 1680 artileriya qurğusu şəklində artırıldı.         
SSRİ-nin dağılmasıyla SSRİ-keçmiş Zaqafqaziya hərbi dairəsinin yerində üç yeni dövlət Azerbaycan, Ermənistan və Gürcistan kuruldu. 1992-ci ilin 15 Mayında Daşkənddə SSRI-nin AASM öhdəliklərinin yeni müstəqil dövlətlər arasında paylaşdırmaq üçün köhnə sovyet respublikaları arasında müqavilə imzalandı. Baltık respubliklarının iştirak etmədiği Daşkənd müqaviləsi ilə  AASQM öhdəlikləri aşağıdakı kimi müəyyənləşdirildi: 
Ölkə   Tank Zirehli hərbi texnika Artileriya qurğusu Hərbi təyyarə Hucum Vertalyotu
Rusiya 6 400 11 480 6 415 3 450 890
Ukrayna 4 080 5 050 4 040 1090 330
Belarus 1 800 2 600 1 615 260 80
Azərbaycan 220 220 285 100 50
Ermənistan 220 220 285 100 50
Gürcüstan 220 220 285 100 50
Moldova 210 210 250 50 50
Qazaxstan* 0 0 0 0 0
Cəmi 13 150 20 000 13 175 5 150 1 500
   * AASM kvotaları Qazaxstan Ural çayının qərb sahilindəki kiçik bir əraziyə də şamil edilməkdədır.    
1999 tarixli İstanbul müqaviləsi Rusiyanın cinahlar barəsində güzəşt getsə də Cənubi Qaqaz ölkələrinin Daşkənd müqaviləsindəki kvotaları olduğu kimi saxladı. Azərbaycana digər Cənubi Qafqaz ölkərəriylə eyni kvotaların qoyulması bir neçə baxımdan doğru deyildi. Əvvəla Azərbaycannın ərazi baxımında digər iki ölkənin toplamına yaxın coğrafiyaya malik olması diqqətə alınmadı. İkincisi, əhali sayına görə də Azərbaycan Erməsitan və Gürcistanla eyni sayılmamalıydı. Üçüncüsü, kvotalar müəyyənləşdirilərkən Azərbaycanın  AASM tərəfdaşı olmayan böyük bir ölkə ilə yəni İranla uzun sərhədə malik olduğu nəzərə alınmamışdır. Son olaraq da, kvotalar Azərbaycanın Ermənistan işğalına məruz qaldığı faktı diqqətə alınmayaraq müəyyələşdirilmişdir.            
Bunun əvəzində Rusiya İstanbul müqaviləsiylə həm cinah güvvələrini artırdı, həm də Ermənistandakı Rus hərbi bazalarının yerləşdiriliməsini AASM tərəfdaşları tərəfindən qəbul edilməsinə nail oldu. Gürcistan isə  öz ölkəsindəki iki Rusiya hərbi bazasının çıxarılması üçün Rusiyanın siyasi öhdəçilik götürməsinə və beləcə ölkəsindən çıxarılması kimi uğur qazandı.    
Ancaq, Azərbaycan üçün o qədərdə uğurlu olmayan bəzi muhüm məqamlarına baxmayaraq, Rusiyanın Qafqazdaki təhlükəsizlik sistemin əsas çərçivəsini meydana gətirən AASM-da iştirakını dayandırması ölkəmiz üçün bəzi risq və imkanlar  yaradabilər.  Rusyanın qərarının Azərbaycan üçün yatartdığı  risqləri aşağıdakı şəkildə sıralamaq olar:
Belə olan halda Rusiyanın Şimalı Qafqazda hərbi varlığını daha da gücləndirməsi gözləniləndir. Doğrudur bugün Rusiyanın Şimalı Qafqazdan Azərbaycana birbaşa hərbi müdaxilə real görünmür. Ancaq istənilən halda tarixdə iki dəfə ölkəmizi işqal edən və hazırda işğalcı Ermənistana hərbi yardım hələ də davam etdirən Rusiyanın şimal sərhəddimizdə onsuzda böyük olan hərbi gücünü daha da gücləndirməsi Azərbaycan üçün arzuolunmaz hal hesap olunmalıdır.
Bundan başqa özünü AASM öhdəliklərindən qurtaran Rusiya NATO sərh Ermənistandaki hərbi varlığını daha da gücləndirmə yolun gedəcəkdir.
Onsuzda AASQM-ni hər fürsətdə pozan Ermənsitanın da bu vəziyyəti fürsət bilip silahlanmasını daha da gücləndirirəcəği təhlükəsi çox realdır. 
Ancaq o bir yandanda Rusiyanın müqavilədə iştirakını dayandırma qərarı Azərbaycan üçün bəzi fürsətlər də yaratmaqdadır. Əvvəla, bu qərarı müqavilənin yenidən beynəlxalq müzakirə mövzusu olması, hətta yeniləşmiş bir varyantının hazırlanması və imzalanmasına yol açma ehtimalını gücləndirməkdədir. Bu şərtlər altında Azərbaycan da müqavilənin ölkəmiz üçün yuxarıda qeyd edılən mənfi cəhətlərini ortadan qaldırmaq üçün diplomatik addımlar atma imkanı əldə etməkdədir. İkincisi, Rusiya–Qərb arasında kəskinlən AASQM ziddiyəti fonunda həm Ermənsitanın öz öhdəliklərini pozması və həm də buradakı Rus hərbi bazarları  mövzusundakı şikayətlərimiz Qərb üçün daha çox maraq doğuracakdır. 
Nəticə
1990 ilində Qərb və Şərq blokları arasında münasibətlərin istiləşməsinin  mühüm təzahürü kimi imzalan AASQM aradan keçen müddətdə VMT və SSRİ-nin dağılması, NATO genişləməsi kimi prosseslərın və xüsusiylə də  Rusiyanın etirazları sonucunda 1999 da yeniləşdirilmişdir. Ancaq bundan sonra da NATO-nun şərq doğru genişlməsinin keçmiş SSRİ üzvlərini içinə alacaq şəkildə davamı, Rusiyanın keçmiş sovet mekanındakı təsirinin azalmağa davam etməsi, NATO üzvlərinin AASQM-ni ratifikasiya etməməsi və son olaraq ABŞ-ın Şərqi Avropada RƏM sistemi qurma planı kimi hadisələr Rusiyanın təhlükəsizlik qayğılarının daha da gücləməsinə səbəb olmuşdur. Putinlə beynəlxalq arenada yenidən nufuzunu artıran Rusiya bu qayğılarının bir alaməti kimi AASQM-də iştirakını dayandırma qərarını almışdır. Avropadaki təhlükəzilik sisteminin yenidən qurulmasında ABŞ və NATO ilə müzakirələrdə yeni bir diplomatik koz kimi istifadə ediləcək bu qərarı Azərbaycan üçün də müəyyən risq və fürsətlər yaratmaqdadır. Bu şərtlərdə  Azərbaycanın əlaqədar orqanlarının vəzifəsi yuxarıda adları qeyd edilən bu risqləri mümkən olan ən aşağı səviyəyə endirkən, fürsətləri səmərəli şəkildə istifadə etməkdir. 
* Ankara Unversiteti, Beynəlxalq Münasibətlər, doktorantura

Dr. Nazim Cəfərsoy