Araşdırmalar

Qafqaz Evi Cənubi Qafqazda sülhün bərqərar olması üçün mühüm modeldir

Pinterest LinkedIn Tumblr

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin direktoru Araz Aslanlı Azərbaycan beyin mərkəzlərinin I Forumunda panel çıxışı zamanı deyib ki, Azərbaycan ilə Ermənistan arasında uzunmüddətli sülhün bərqərar olması üçün “Qafqaz evi” vacib modeldir.

Onun sözlərinə görə, Qafqazın gələcəyi üçün siyasətçilərin, hərbçilərin və beyin mərkəzlərinin görəcəyi işlər fərqlidir: “Qafqazdakı sülh üçün ən azı buradakı üç ölkə birgə işləməlidir. Hətta yaxşı olar ki, ən azı üç qonşu ölkə də prosesə qoşulsun”.

“Qafqazda sülh üçün hər üç ölkənin beyin mərkəzləri sülh təklifləri üzərində işləməlidir. Həmçinin beyin mərkəzlərinin təkliflərinə cəmiyyəti inandırmaq üzərində işləmək lazımdır. Həmçinin Qərbdəki beyin mərkəzləri, region ölkələrinin beyin mərkəzləri Qafqazda sülh istiqamətində modellərin hazırlanması ilə bağlı platforma yarada bilər”, azərbaycanlı siyasi ekspert bildirib.
Azərbaycan Ermənistan arasında danışıqlarda vasitəçilik edən tərəflərin hər zaman xoş niyyətdə olmadığını deyən Araz Aslanlı prosesə qoşulacaq müxtəlif ölkələrdən beyin mərkəzlərinin də hamısının sülhün əldə olunmasında maraqlı olmayacağını bildirib: “Amma hər halda interaktiv müzakirə imkanı meydana çıxacaq və ideyaların təkliflərin mübadiləsi vacibdir. Bu rəsmi formatda olmaya da bilər. Amma müzakirələr modellərin ortaya qoyulmasına töhfə verə bilər”.

Araz Aslanlı